Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Boyun uzanmasına səbəb olan qidalar

Boyun uzanmasına səbəb olan qidalar

 

 

Yeniyetmə dövrdə uşaqların boyunun uzanması genetik faktorlarla bağlı olsa da, qəbul edilən qidalardan da asılıdır

 

Yenixeber.org: Belə ki, mütəxəssislər yeniyetmə dövründə düzgün qidalanan uşaqların valideyinlərinin ortaboylu olmasına baxmayaraq ucaboy olmaq şansının olduğunu söyləyirlər. Dietoloq Aslıhan Küçük uşaqların boyunun hündür olmasında genetik faktordan başqa qidalanmanın, idmanın, normal yuxunun, ağır iş görüb-görməməyin də rolu olduğunu söyləyir. O boyun uzanmasına yardım edən bir-neçə qida vasitələrinin adını qeyd edir.
Dietoloq öz qeydlərində hündür boya sahib olmaq istəyənlərin ilk növbədə sağlam sümük sisteminə sahib olmalarını yazır. 11-24 yaş
arasında olan və sağlam sümük sisteminə sahib olmaq istəyənlərin bol fosfor və kalsium qəbul etmələrini tövsiyə edir. Aslıhan Küçük sümük sisteminin sağlam olması üçün vitamin D-nin də yetərincə qəbul edilməsinin, boyun inkişafında rolu olduğunu qeyd edir. D vitaminin qaynağı Günəs olduğunu nəzərə alaraq dietoloq hər gün 15-30 dəqidə gün şüaları altında durmağın da orqanizm üçün faydalı olduğunu yazır. Beləliklə sizlərə boyun uzanması üçün Aslıhan Küçüyün tövsiyə etdiyi qidaların siyahısını təqdim edirəm:
1. Dəniz məhsulları.
2. Vitamin D.
3. Susam toxumu (100 qr susam toxumunda 160 mq kalsium var).
4. Ət (tərkibində olan protein və zülalların olmasına görə).
5. Süd və süd məhsulları (süd uşaq azyaşlı olduqda yaşına görə, yeniyetmə dövründə gün ərzində ən azı 2 stəkan içilməlidir).
6. Brokkli kələmi (müqaviməti artırmaq üçün).
7. Quru meyvələr (bol vitamin və kalsium qaynağı olduqlarına görə).
Dietoloq gün ərzində 4-5 qaysı, 2 quru əncir, 1 ovuc qara kişmişin orqanizm üçün əvəzolunmaz faydası olduğunu söyləyir.
8. Balıq yağı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam