Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səlim Müslümovun imarəti –VİDEO

Səlim Müslümovun imarəti –

 

Gənc bloger Mehman Hüseynov Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun imarətinin videosunu yayıb.

Xeberinfo.com:  “Mütləq baxın və hər yerdə paylaşın!.. İlk dəfə risk edib girmişik nazirin yeni tikdirdiyi sarayın içinə, baxın görün bunlar necə yaşayırlar. Adam sanki başqa bir dünyaya daxil olur. Çox acınacaqlı durumdu(Yuxardakılar büdcədən pulları oğurlayıb kef edirlər amma yaşlı vətəndaşlarımız məcburdu quru çörək yesinlər, məcburdu bu soyuqda küçələrdə oturub pul dilənsinlər”, – Mehman Hüseynov çəkdiyi videosüjetdə bildirir.

“Qaz, işıq və dərmanların qiyməti qalxıb, amma buna baxmıyaraq yaxın gələcəkdə ölkədə maaşların və pensiyaların artırımı gözlənilmir. Bu o deməkdir ki pensionerlər, babalarımız, nənələrimiz ölməlidilər, çünki dövlətdən aldıqları 50-60 manat nəinki qaz və işıq pulu verməyə heç çörək almağa bəs eləmir. Niyə hökümət vətəndaşlarımızı bugünə qoyublar? Budurmu vətəndaşlara olan dövlət qayğısı?”, – Mehman Hüseynov soruşur.

“Bu dəfə Sosial Müdafiə naziri Səlim Müslümovun mülklərini araşdırıb, tapdıq. Yaşlı vətəndaşlarımız aldığı xırda xuruş pensiya ilə dolana bilmirlər, diri diri məhv olur gedirlər amma nazirimiz xalqdan oğurladığı pullar ilə özünə saraylar tikdirir”, – Mehman Hüseynov bildirir.

Bastainfo.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam