Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Səlim Müslümov bir rayonda «tayfa hakimiyyəti» yaradıb.

 

 

"Əmək və əhalinin sosial müdaafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda «tayfa hakimiyyəti» yaradıb. Bununla da rayonda dövləti hakimiyyət onun mənsub olduğu tayfanın feodal təfəkkürlü insanlarının tam nəzarəti altına keçib".

 

    "xeberinfo.com":  Bu sözləri Mia.az-a Ağsu sakinləri deyiblər. Onlar Səlim Müslümovun rayondakı «hakimiyyət»ində təmsil olunan qohumlarının siyahısını da Mia.az-a təqdim ediblər:

 1. Ağsunun icra başçısı nazir Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevdir;

 2.  "Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Səlim Müslümovun digər dayısı və icra başçısı Ənvər Seyidəliyevin doğma qardaşıdır;

 3. S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur;

 4.  Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşıdır;

 5.  Ağsunun yeganə mərkəzi bazarı Səlim Müslümovun qohumu Varis Nəzərovun nəzarətindədir;

 6. İcra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni nazirin digər dayısı Fazil Seyidəliyev rayon polis şöbəsində rəis müavinidir;

Nazirin Ağsuda dövlət qurumlarına yerləşdirdiyi və tayfa xislətinə söykənən qohumlarının siyahısı bununla bitmir. Rayonda onlarla digər vəzifələrə də Səlim Müslümova bu və ya digər formada qohumluğu çatan şəxslər yerləşdirilib: «Səlim Müslümov nazir olduqdan sonra isə vəziyyət daha da mürəkkəb xarakter alıb. İş o yerə çatıb ki, Müslümovun tayfası rayonun deputatı Ərəstun Cavadovun deputat kimi rayondakı fəaliyyətini də məhdudlaşdırıblar. Nazirin qohumları rayonda mərkəzi hakimiyyətin tapşırıq və tövsiyələrindən daha çox, Səlim Müslülmovdan gələn göstərişləri icra etməklə məşğuldurlar. Onlar isə Ərəstun Cavadova yalnız «pul kisəsi» kimi yanaşır və ondan Ağsuda yeni layihələrə pul xərcləməyi tələb edirlər».

 Məlumatda o da bildirilir ki, Ağsuda hələ sovet dövründə də mövcud olmayan avtovağzalı da deputat Ərəstun Cavadova tikdiriblər. Amma Ənvər Seyidəliyevlə nazir bunu öz adlarına çıxıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam