Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Səlim Müslümovun istefası tələb olunacaq:ÖZƏL

Səlim Müslümovun istefası tələb olunacaq:

 

Ağdam rayonunda bu məqsədlə Təşəbbüs Qrupu da yaradılıb

Xeberinfo.com:  Bir qrup Ağdam rayon sakini prezident İlham Əliyevə müraciət edərək əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun istefasını tələb edəcək. Buna səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Ağdam rayonundakı yerli idarələrinin məsul şəxslərinin əhaliyə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırmaqla onları öz haqqları uğrunda və korrupsiyaya qarşı mübarizədən çəkindirmək cəhdlərinin bədnam ənənə halını almasıdır. Rayondan xeberinfo.com-a verilən məlumatda deyilir ki, bu təcrübədən artıq qadınlara da qarşı istifadə olunması və bu ozbaşınalığa son qoyulması məqsədilə nazir Səlim Müslümova edilən müraciətlərin cavabsız qalması vətəndaşların səbr kasasını daşırır.

 Cənab Müslümova ünvanlanan müraciətlərin nəticəsiz qalması Ağdam rayon sakinlərində belə bir təəssürat yaradıb ki, ƏƏSMN-nin yerli idarələrinin məsul şəxsləri tərəfindən əhaliyə qarşı çoxsaylı məhkəmə davalarının açılması nazirin iradəsindən kənar baş vermir. Buna görə də rayon sakinlərinin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun istefasına nail olmaq məqsədi ilə prezident İlham Əliyevə müraciət edəcəklər. Artıq bu istiqamətdə Təşəbbüs Qrupu da yaradılıb. Yaxın günlərdə Təşəbbüs Qrupunun Səlim Müslümovun istefaya göndərilməsi tələbini özündə əks etdirən petisiyanı ictimaiyyətə açıqlayacağı gözlənilir.

Məlumatla bağlı ƏƏSMN-nin yerli şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu.

Mövzu diqqətimizdədir

 

Sabir 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam