Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azpetrol”dan benzin alanlar narazılıq edirlər- Şirkət ittihamlara cavab verdi

 

Yenixeber.org: İyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılaraq, 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Rəsmi açıqlamada bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Yanacağın bahalaşmasından sonra rəsmi məlumatda deyildiyi kimi, keyfiyyətin yaxşılaşacağını gözləyən sürücülər bunun əksi ilə qarşılaşıb. Xüsusilə “Azpetrol” Şirkətinin yanacaqdoldurma məntəqələrinin müştəriləri son 3-4 gün ərzində çənə doldurulan “Aİ-92” oktanlı yanacağın avtomobilin sürətini azaltdığını, maşının yaxşı çəkmədiyini, pis qoxu gəldiyini, “naqar” yığıldığını, katalizatorun tez bir zamanda dolduğunu iddia edirlər.
Narazılıq edənlər öz fikirlərini əsasən sosial şəbəkələrdə yazır, rəsmi qurumlara şikayət etməyin faydasız olduğunu bildirirlər.

Məsələ ilə bağlı “Azpetrol” Şirkətinin mətbuat xidmətinin rəhbəri Camal Zeynaloğlu Modern.az-a deyilənlərlə razılaşmadğını bildirib:

“Bizə yanacağın keyfiyyəti ilə bağlı heç bir müştəri tərəfindən şikayət daxil olmayıb. Kiminsə şikayəti varsa, haradasa yazmaq əvəzinə şirkətə, məntəqələrə müraciət etsinlər. Eyni zamanda, müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulduğu xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanıla bilər. Ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir”.
C.Zeynaloğlu bildirib ki, Şirkət satdığı yanacağın keyfiyyətinə tam təminat verir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam