Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Bizi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar" -“Bakı Metropoliteni”nin işçiləri etiraz aksiyası keçirdi

Bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər.
Yenixeber.org:  Bu barədə Bizim Yol-a aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib.
Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: “Biz bu qurumun qanuni işçiləriyik. Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Buna etiraz edirik”.
Məsələ ilə bağlı olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: “Bu günə kimi “Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz hesabına məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə isə vaxtlı-vaxtında əməkhaqqı verilib”.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam