Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakı Metropoliteni”nin yüksək vəzifəli şəxsləri işdən çıxarıldı

“Bakı Metropoliteni”nin yüksək vəzifəli şəxsləri işdən çıxarıldı

 

Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə sərnişinlər arasında ciddi narazılıq yaratmış, mətbuatda da sözügedən məsələ geniş şəkildə işıqlandırılmışdı. “Bakı Metropoliteni”nin rəsmiləri hadisənin baş verməsini səhər saat 6-da depodan gələn qatarların qəbulunda gecikmə ilə əlaqələndirmişdi

 

Yenixeber.org: “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov sözügedən hadisə ilə bağlı qurumun bir sıra vəzifəli şəxslərini ciddi cəzalandırıb. Məlumatda qeyd olunur ki, hadisədə bir neçə nəfər günahkar bilinərək, işdən azad olunub. Bəzilərinə isə töhmət verilib. Hətta vəzifəsindən azad olunanlardan biri “Bakı Metropoliteni”nin yol xidmətinin rəisi Mahmudəli Məcidovdur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metroda baş verən istənilən hadisə araşdırılır: “Lazım gələrsə, böyük komissiya yaradılır və ciddi araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq günahkarlar məsuliyyətə cəlb edilirlər. İntizam tənbehi vəzifədən azad edilmə ilə nəticələnə bilər. Çünki biz çox məsuliyyətli bir işlə, sərnişinlərin təhlükəsiz daşınması ilə məşğuluq. Burada səhlənkarlıq, qeyri-peşəkarlıq yolverilməzdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam