Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Hər insan ömrünün bir kitabı var”

 

"Xeberinfo.com":  Xalq şairi Səməd Vurğun

Kimya elmləri namizədi Bəbir Abi oğlu Tağıyev Yardımlı bölgəsinin Porsova kəndində 20 fevral 1939-cu il tarixdə dünyaya göz açıb. Onun haqqında “Azərbaycandan müasir dünyaya baxış” kitabımda tam olmasa da müəyyən məlumat verilib. Mənim kitablarım satışa verilmədiyindən və oxucular arasında geniş yayılmadığından Bəbir müəllimin dünyaya göz açdığı günlə əlaqədar olaraq sayt vasitəsilə onu oxuculara tanıtmağa səy göstərirəm.

1957-1962-ci illər arasında Bakı Dövlət universitetinin kimya fakultəsində ali təhsil alaraq təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutuna göndərilib və orada laborant, kiçik elmi işçi vəzifələrində işləyib.

1964-cü ilin axırlarında Azərbaycan Elmlər Akademiyasının məqsədli aspiranturasına qəbul olunaraq, SSRİ Elmlər Akademiyasının Yüksəkmolekullu Birləşmələr İnstitutuna-Leninqrad şəhərinə ezamiyyətə göndərilib. İxtisas fənnindən orada imtahan verdikdən sonra professor A.A. Vanşedtin rəhbərlik etdiyi Polikondesasyon polimerlər laboratoriyasında termiki davamlı xətti polimerlərin sintezi sahəsində tədqiqatlar aparmağa başlayıb. Adı az çəkilən polimerlərin çox az öyrəlinmiş və ancaq patent bilgiləri olan bir sinfi Bəbir Tağıyevin dissertasiya mövzusu olaraq verilib. 1970-ci ilin yanvar ayından işləməyə başlayan Bəbir eyni zamanda müdafiə üçün sənədlərini hazırlayaraq Kimya fakultəsinin Elmi Şurasına təqdim edir və bu zaman ona qarşı bəzi süni əngəllərin qurulmasına baxmayaraq, Elmi Şuranın Sədri onun dissertasiyasını açıq müdafiə üçün növbəyə qəbul edir.1971-ci ilin martında Bəbir dissertasiyanı müvəffəqiyyətlə müdafiə edir. Müdafiə ADU-nun kimya fakultəsinin Elmi Şurasında gerçəkləşir.

Onun fəaliyyət dairəsi çox geniş olub. Məndən asılı olmayan səbəblərə görə onun respublikamızdan kənardakı on illik elmi fəaliyyətini araşdıra bilməmişəm. 

Bəbir Tağıyevin kimya elmi sahəsində yüksək keyfiyyətə sahib olmasını keçmiş SSRİ Elmlər Akademiyası ilə yanaşı ABŞ-ın Nyu-York Elmlər akademiyası da təsdiq edib.

Həmin faktları olduğu kimi göstərirəm ki, Azərbaycanın elm dairələrindən fərqli olaraq Bəbir Abi oğlunun qədrini bilib qiymətini verən Yer kürəsinin iki ən qüdrətli dövlətlərinin Elmlər Akademiyası olub. Çox təəssüf ki, barmaqla sayılan Bəbir kimi alimlər öz ölkəsində qiymətləndirilmədikələri və qayğılarına qalınmadıqları səbəblərindən məcburiyyət qarşısında qalaraq doğma yurdlarını tərg edirlər. İtirən isə millətin elmi olur.                                                                                                                         1989-cu ildə SSRİ EA-nın Polimerlər elmi sahəsində ən nüfuzlu jurnalı sayılan “Viskomolekulyarnıye  soyedineniya” jurnalında onun sanballı bir məqaləsi dərc olunur.1993-çü ildə həmin jurnalda B.Tağıyevin ikinci məqaləsiinin dərcindən sonra  həmin məqalə eyni zamanda ABŞ universitetlərindən birində nəşr olunan “Polimidlərin panoramsı” toplusunda da təkrar nəşr olunur. 1994-cü ildə Bəbir Tağıyev Nyu-York Elmlər Akademiyasının üzvü seçilir.

Düzünü deyək. SSRİ Elmlər Akademiyası ilə yanaşı ABŞ-ın Nyu-York Elmlər Akademiyası Bəbir Tağıyevi görə bilsələr də Azərbaycanın Milli Elmlər Akademiyası onu görməyib, yaxud görmək istəməyib.

Kiçik arayış: dördüncü kitabımın 91,  95-ci səhifələrində Bəbir müəllimin adında hərf səhvi olub və 94-cü səhifəsinin yuxarıdan saymaqla 16-cı sətrində “müsabiqəsinə” sözü “müqayisəsinə” kimi getmişdir. Bunun üçün Bəbir müəllimdən və oxuculardan üzr istəyirəm.                                                                                                             

 

Büdrəsən çökərəm  əsib dözərəm,

Təklənsən sönərəm bədbin gəzərəm,

Od tutsan yanaram külə dönərəm,

Dərinsən bilgində qardaşım Bəbir.

 

Möcüzə göstərsən şənlik edərəm,

Bir türfə yaratsan qəmdən ötərəm,

Elminə qayıtsan qurban kəsərəm,

Əvəzin yox elmdə yaşıdım Bəbir.

 

Hesabın çəkildi öz vətənində,

Əzabın qaynadı doğma işində,

Qiymətin verildi yadlar elində,

Tanındın o tayda soydaşım Bəbir.

 

Badalaq gəlindi kiçik torpaqdan,

Xəyanət edildi falçı həmkardan,

Ədalət çəkindi mənfur çuğuldan,

Bu harın dunyada dayağım Bəbir.

 

“Hər insan ömrünün bir kitabı var”,

Hər yaşam dövrünün  dar məqamı var,

Hər yetkin alimin xoş sədası var,

Fərqlisən dərkində dastanım Bəbir.

 

Elxan Sarı o.  20 fevral 2015-ci il

                        

                                                        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam