Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Alimin nekroloğu imzalandı

 

Azərbaycan Prezidenti, dövlət rəsmiləri və elm xadimləri tanınmış kimyaçı alim, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

"Xeberinfo.com":  Məlumata görə, nekroloqda bildirilir:

"Azərbaycanın təhsil və elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Fərhad oğlu Qarayev 2015-ci il yanvarın 2-də ömrünün 73-cü ilində vəfat etmişdir.

Siyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı kəndində anadan olmuşdur. Gəncə şəhərindəki 24 saylı orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kimya ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1964-cü ildən etibarən keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin Ümumittifaq Elmi Tədqiqat Olefinlər İnstitutunda başlayan Siyavuş Qarayev 1966–1967-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləmişdir. O, 1967–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında oxumuş, 1970–1982-ci illərdə isə həmin institutda kiçik elmi işçi, baş elmi işçi, bölmə rəhbəri və dosent vəzifələrini tutmuşdur. Siyavuş Qarayev 1982-ci ildən indiki Neft Akademiyasında üzvi kimya kafedrasına rəhbərlik etmiş, 1988–1997-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı olmuşdur. O, 1997-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsində çalışmışdır.

Siyavuş Qarayev 1970-ci ildə namizədlik, 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1984-cü ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Eyni zamanda o, bir sıra xarici universitetlərin və akademiyaların fəxri doktoru, professoru və üzvü idi.

Akademik Siyavuş Qarayev üzvi kimyaya dair fundamental tədqiqatları ilə tanınırdı. Alimin zərif üzvi sintez sahəsində araşdırmalarının nəticəsi olaraq alınmış yeni maddələr neft sənayesində, təbabətdə dərman preparatlarının alınma üsullarının işlənib hazırlanmasında və kənd təsərrüfatında bitkilərin stimulyatorlarının yaradılmasında tətbiq edilmişdir. Üzvi kimyanın müasir istiqamətləri üzrə bir neçə yeni qanunauyğunluğun aşkara çıxarılması onun adı ilə bilavasitə bağlıdır.

Ömrünü neft kimyası sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmiş Siyavuş Qarayev 500-ə yaxın elmi əsərin, həmçinin 5 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin müəllifi idi. O, elmi nailiyyətlərinə görə 60-dan çox patent və 27 müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda çap olunmuş əsərləri, eləcə də elmi simpozium və konfranslarda çıxışları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Siyavuş Qarayev elmi kadrların yetişdirilməsi işinə xüsusi diqqət göstərirdi. Onun rəhbərliyi altında onlarla gənc alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Siyavuş Qarayevin elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə dəyərləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış kimyaçı alim və pedaqoq, səmimi insan Siyavuş Fərhad oğlu Qarayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Mikayıl Cabbarov, Akif Əlizadə, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Məhərrəm Məmmədyarov, Kamil Sadıqov, Musa Rüstəmov, Nadir Seyidov, Vaqif Fərzəliyev, Vaqif Abbasov imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam