Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AŞPA-dakı qalmaqallı səsvermənin ilginc pərdəarxası

 

İrəvana qarşı gizli Moskva-Bakı-Ankara anlaşması

Rusiya nümayəndə heyətinin uydurma soyqırımın 100 illiyi haqda sənədi əngəlləməsinin əvəzində Kremlə qarşı qətnamə əleyhinə öncədən Azərbaycan və Türkiyənin dəstəyini aldığı iddia olunur; düşmən ölkə deputatlarının Moskvaya qarşı de-marşının nədəni üzə çıxır... 

"Xeberinfo.com":  Məlumata görə, Qardaş Türkiyə Çanaqqala zəfərinin 100-cü ildönümü tədbirini uydurma erməni soyqırımının yubiley gününə təyin eləməklə uğurlu və effektli bir diplomatik gediş etmiş oldu. Bunu erməni təhlilçiləri də dolayısıya etiraf edirlər. Məsələ ondadır ki, erməni tərəfi, məxsusən də erməni lobbisi aprelin 24-dək saxta genosidin daha çox ölkə tərəfindən tanınmasına çalışmaqla yanaşı, indi həm də rəsmi Ankaranın eyni günə təyin elədiyi kontur-tədbirin siyasi-təbliğati effektini azaltmaq, bu tədbiri pozmaq üçün ciddi çabalar göstərmək zorunda qalıb.

Bu xüsusda ABŞ-ın Kaliforniya ştatında nəşr olunan “Kaliforniya kuryer” nəşrinin təsisçisi və redaktoru Arut Sasunyanın erməni KİV-ə etdiyi etiraf diqqət çəkir. Sitat: “Bizim əsas problemimiz ”genosidin" Türkiyə tərəfindən tanınmasıdır. Təəssüf ki, Ankara nə bu il, nə növbəti il, nə də 50 il sonra “soyqırımı” tanımayacaq. Biz onları məcbur edə bilmərik. Əgər biz böyük, onlar isə kiçik dövlət olsaydı, onları məcbur edərdik. Ancaq biz balaca, onlar isə böyük dövlətdir. Odur ki, daha çox beynəlxalq məhkəmələr vasitəsilə səylərimizi artırmalıyıq".
 
Beynəlxalq məhkəmələr isə aydındır ki, 100 illik tarixi olan bir faciə barədə heç vaxt “soyqırım” hökmü çıxarmaz. Çıxarsaydı, Xolokost kimi bunu indiyədək edərdi, heç olmazsa, 2-ci Dünya savaşından dərhal sonra buna gedərdi. 
Gerçək belədi  ki, ermənilərin dünyadakı havadarları uydurma məsələdən yalnız türk dünyasının favorit dövləti kimi Türkiyəyə qarşı sırf siyasi təzyiq aləti kimi istifadə edib. Bu və yalnız bu. Tarixi türk torpaqlarında təşəkkül tapmış Ermənistana adlı indiki qondarma dövlətin əsas qarantı olan Rusiya da o sırada istisna təşkil eləmir. Bu da sizə sanballı dəlil - həm də ermənilərin öz dilindən. 
Məlum olduğu kimi, Avropa Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycan və qardaş Türkiyə nümayəndə heyətləri Rusiyanı müdafiə edib - Kremlə qarşı sanksiyaları nəzərdə tutan qətnamənin əleyhinə səs veriblər. Halbuki, Rusiyanın marioneti Ermənistan əks mövqe tutub: işğalçı ölkəni təmsil edənlər (başda heyətin rəhbəri, vitse-spiker, hakim partiyanın üzvü Ermine Nadalyan olmaqla 5 deputat) bitərəf qalıb ki, bu da əslində elə Moskvanın iradəsi əleyhinə getmək anlamı verir.
Ötən saylarımızın birində nonsens təsiri bağışlayan bu faktın ilkin şərhi verilib. Doğrudan da, bütün beynəlxalq strukturlarda daim Kremlin qorxusundan onun yanında yer alan (BMT-də Ukraynanın ərazi bütövlüyü haqda sənədin səsverməsi zamanı Rusiya ilə birgə onun əleyhinə çıxan 11 izqoy dövlətdən biri Ermənistan idi) və yaxud sözəbaxan uşaq kimi Putinin Avrasiya (Gömrük və s.) layihələrinə qoşulan cırtdan Ermənistanda bu cəsarət hardandır? 
Sonuncu sualla bağlı erməni elektron KİV-lərindən birində maraqlı material yer alıb. Şərhdə deyilir: “İndi məlum olur ki, Rusiya AŞ PA-da Ermənistana arxadan zərbə vurub. Belə ki, səsverməyədək Rusiya Azərbaycan və Türkiyə nümayəndə heyətləri ilə anlaşma əldə edib ki, Azərbaycan və Türkiyə Kreml əleyhinə qətnaməyə səs verməyəcək, bunun qarşılığında isə Rusiya ermənilərin hazırladığı uydurma soyqırımın 100 illiyi haqda sənədi dəstəkləməyəcək. Rusiya nümayəndə heyəti onu da bildirib ki, mövcud situasiyada onlara Ermənistan nümayəndə heyətindən sayca daha çox olan Azərbaycan və Türkiyə deputatlarının səsləri daha vacibdir. Beləcə, Ermənistan əleyhinə Rusiya-Türkiyə-Azərbaycan anlaşması baş tutub”.  
Müəllif ardınca yazır ki, hələ Strasburqa yola düşməzdən öncə bəlli imiş ki, Ermənistan nümayəndə heyəti Rusiya əleyhinə qətnamənin əleyhinə səs verəcək, yəni həmişəki kimi Moskvanın mövqeyini müdafiə edəcək: “Ancaq AŞ PA-da görəndə ki, ermənilərin çiyni arxasında türklərlə ruslar gizli anlaşma əldə ediblər, bizim deputatlar bitərəf qalıblar”.
Qeyd edək ki, AŞ PA-nın növbəti (yaz) sessiyası aprelin sonuna (24 apreldən sonraya) nəzərdə tutulduğundan ermənilər məhz qış sessiyasında saxta genosid sənədini müzakirəyə çıxarmaq niyyətində imişlər... 
*   *   *   *   *
 
 
Yazıda əksini tapan iddianın ciddilik yükü haqda bir şey söyləmək çətindir. Dəqiq olan odur ki, son zamanlar Rusiya ilə Türkiyənin yaxınlaşması fonunda və Gümrü hadisələrindən sonra ermənilər öz müttəfiqlərindən yana xeyli xoflu, bədgüman və bir az da incikli olublar.
İddiaya Ermənistan nümayəndə heyətindən hələ ki heç bir reaksiya gəlməyib. Vitse-spiker Naqdalyan yalnız qısaca onu bildirib ki, AŞ PA-da səsvermə “situativ” (“şəraitə uyğun” - red.) olub. “Biz (erməni deputatlar -red.) hətta zalın ayrı-ayrı yerlərində oturmuşduq” - deyib Naqdalyan və əlavə edib ki, Ermənistan həlledici məsələlərdə, o cümlədən Krım məsələsində həmişə Rusiyanı dəstəkləyib. Ancaq fakt faktlığında qalır ki, bu dəfə Ermənistan Rusiya üçün “həlledici məsələ”də onu müdafiə eləməyib.
Məsələyə azərbaycanlı AŞ PA üzvlərinin münasibəti də hələlik bəlli deyil.
Müsavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam