Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bu deputat bəlkə öz dədəsini də elə təhqir edir"

 

Əgər Avropa Şurasında bu məsləyə ciddi yanaşsalar, Naira Zöhrabyanın AŞPA-dakı üzvlüyünə xitam verilə bilər.

Xeberinfo.com:  Məlumata görə, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa erməni deputat Naira Zöhrabyanın türkiyəli millət vəkili, əslən erməni olan Markar Esayanı təhqir etməsi barədə danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Zöhrabyana qarşı hüquqi tədbir görülməlidir:

“Ümumiyyətlə, Naira Zöhrabyan çox tərbiyəsiz deputatdır. Davranışları, hərəkətləri, qışqırıqları Avropa Şurasında hamını bezdirib. Bu, bəlkə öz dədəsini də elə təhqir edir. Ona görə də bu tərbiyəsiz adama qarşı hüquqi tədbir görülməlidir. Çünki hər hansı bir şəkildə küçədən keçən adamların Ermənistandan Avropa Şurasına göndərilməsinin qarşısı alınsın. Yəni daha abırlı adam göndərə bilərlər. Bu baxımdan Zöhrabyanın üslubu odur. Belə üslubda olan adamlar da qəsdən ora göndərilir ki, həyasızlıqla erməni iddialarını, yalanlarını cəmiyyətə sırımağa çalışsınlar. Açığı, bu, ciddi hüquqi nəticə doğuran məsələdir. Əgər Avropa Şurasında bu məsləyə ciddi yanaşsalar, Zöhrabyanın AŞ üzvlüyünə xitam verilə bilər. Çünki heç kəsin Avropa parlamentində deputatı mövqeyinə görə təhqir etmək hüququ yoxdur”.

Millət vəkili Azərbaycanın Türkiyəyə ciddi dəstək verəcəyini bildirib:

“Bu məsələdə Türkiyə ilə birgə çalışmağa ehtiyac yoxdur. Məsələ gündəmə gələndə Azərbaycan tərəfi Türkiyəyə ciddi dəstək verəcək”.

Xatırladaq ki, AŞPA-nın qış sessiyasının gedişində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar Esayan Robert Uolterin müəllifi olduğu “Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması” adlı qətnamənin lehinə səs verib. Bundan sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sədri Naira Zöhrabyan yaxınlaşaraq onu təhqir edib.

Türkiyə nümayəndə heyəti bu əməlinə görə Naira Zöhrabyanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciət hazırlayıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam