Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısı "Həzi Aslanov" metrosunun çıxışını satıb?

«Bakı metrosunun «Həzi Aslanov» stansiyasının çıxışında gecə saatlarında naməlum bir «budka» yerləşdiriblər. Yolumuzun böyük hissəsini bağlayıblar». 


"Xeberinfo.com":  Məlumata görə, bu sözləri musavat.com-a həmin ərazidə yaşayan sakinlər deyiblər.

Bir neçə gün öncə adı çəkilən ünvanda olaraq, şikayət əsasında reportaj hazırlamışdıq. Məsələ burasındadır ki, Bakı metrosunun «Həzi Aslanov» stansiyasının çıxışında həqiqətən də naməlum bir «budka» yerləşdirilib və bu da sakinlərin haqlı narazılığına səbəb olub.

Bu günə qədər həmin «budka»nın kim tərəfindən oraya yerləşdirildiyi məlum deyildi. 

Ancaq bu gün aldığımız məlumatlara görə, həmin «budka» dönərxana olaraq, fəaliyyət göstərəcək. Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovunun tapşırığı əsasında bu obyektin açılmasına icazə verilib. Baxmayaraq ki, həmin yerdə «budka» olmasına həm Bakı Metropoliteni, həm də sakinlər narazıdır.

Həmin «budka» metronstansiyasının çıxışında yerləşdirildiyi üçün vətəndaşların metroya giriş və çıxışına mane olur. 

Bunu musavat.com-a açıqlamasında «Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də deyib: «Kimsə gecə vaxtı gətirib, o «budka»nı oraya qoyub. Əməkdaşlarımız ərazidə olublar və maraqlanıblar. Amma «budka» sahibinin kim olduğunu hələlik öyrənə bilməmişik. «Budka» metroya giriş və çıxışa mane olur. Ona görə də, biz də bu məsələni araşdıracağıq».

Bu, Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovla bağlı ilk şikayət deyil. Sakinlər icra başçısı R.Məmmədovun yolu bağlayaraq, bazar açmasına da etiraz edirlər. 

Hər həftənin son günlərində Məhəmməd Hadi küçəsi qapadılaraq, bazara çevrilir. Yəqin ki, icra başçısına bu da kifayət etməyib və «Həzi Aslanov» stansiyasının çıxışını da sataraq, əlavə pul qazanmaq niyyətinə düşüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam