Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İran İraqı hədələdi

 

İranın müdafiə naziri general Hüseyn Dəhqan İŞİD-in şiə müqəddəsatına qarşı hər hansı bir addım atacağı təqdirdə İranın heç kimdən icazə almadan İraqa girərək havadan və qurudan əməliyyatlara başlayacağını bildirib.
"Xeberinfo.com": Avropa.info-nun xarici mətbuata istinadən verdiyi xəbərdə bildirilir ki, İranın "Aləm" kanalına müsahibə verən Dəhqan İraqda yerləşən ziyarətgahların İran üçün qırmızı xətt olduğunu, istər İŞİD, istərsə də hər hansı başqa bir qruplaşmanın həmin müqəddəs yerləri təhlükə altına atarsa bu zaman İranın həmin yerləri mühafizə etmək məcburiyyətində qalacağını bildirib. 
Xatırladaq ki, bu İranın İraqdakı ziyarətgahları mühafizə edəcəyinə dair ilk açıqlama deyil. Bundan əvvəl də İranın müdafiə nazirinin müavini Rıda Tulləbi İran ilə İraq arasında həmin yerlərin mühafizəsinə dair razılaşma olduğunu və lazım gələcəyi təqdirdə İranın İraqa hərbi müdaxilə edə biləcəyini açıqlamışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam