Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MŞ-də Şirməmməd Hüseynovun 90 yaşı qeyd edildi

 

Bu gün Mətbuat Şurası (MŞ) Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun yubileyini keçirib.
"Xeberinfo.com":  Məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, KİV rəhbərləri iştirak ediblər.  
MŞ sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, tədbirin məqsədi əqidəli müəllimləri Şirməmməd Hüseynovun 90 yaşını qeyd etməkdir. O, Ş.Hüseynovun həyatı, həmçinin əsərləri barədə danışıb və bildirib ki, böyük və ömür yolu keçən Şirməmməd Hüseynovun Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində böyük xidmətləri var: “Bu tarixin təbliğində Şirməmməd müəllimin misilsiz xidməti var. Həmçinin mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir”.
Tədbirdə Ş.Hüseynovla bağlı MŞ tərəfindən hazırlanan film də nümayiş etdirilib. Filmdə o, obyektivliyin simvolu adlandırılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam