Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Leyla Əliyevanın şeirinə MÖHTƏŞƏM mahnı bəstələndi:Çox bəyənildi- VİDEO

Leyla Əliyevanın şeirinə MÖHTƏŞƏM mahnı bəstələndi:

 

 

Elza Seyidcahan Leyla Əliyevanın “Kor olmuşam” şeirinə bəstələdiyi mahnını ilk dəfə efirdə oxuyub

 


Yenixeber.org: Əsərin dərin mənasından təsirləndiyini deyən bəstəkar-ifaçı mahnının necə ərsəyə gəldiyindən də danışıb. “Mən nəşriyyata gedəndə kitabı mənə verdilər. Maşına gedib kitabı açanda ilk “Kor oldum” şeiri qarşıma çıxdı. Oxudum, çox təsirləndim. Elə musiqisini onda mırıldanırdım. Çox xoşuma gəldi. Gözlərim doldu, ağladım. Bu şeirə görə Leyla Əliyevaya yenə də təşəkkür edirəm”- deyə hislərini bölüşüb. O, şeirdəki mətnaltı mənaların dərin olduğunu, fiziki qüsurlu olan korların deyil, bəsirət gözü açıq olmayan insanlardakı korluqdan bəhs edildiyini vurğulayıb.
Qeyd edək ki, yeni mahnı məşhur simaların da xoşuna gəlib.
Xatırladaq ki, Elza Seyidcahan ilər əvvəl yazılan bu şeirə musiqi bəstələdiyini demişdi. Lakin o bu mahnını ilk dəfə efirlərdə ifa edib.
Həmin kadrları təqdim edirik:

 

“Kor olmuşam”

Kor olmuşam, gözlərim
bir qaranlıq dünyadır.
Gündüz nə, gecə nədir? –
gözüm bunu… anlamır.
Bircə onu bilirəm:
Korları sevməyirlər,
Sadəcə acıyırlar –
Yardım, sovqat, azuqə –
Bircə bunu bilirlər…

Kor olmuşam…
Qorxudan,
şəkk-şübhədən uzağam
Bunlar yoxsa, söylə bəs,
Mən nədən qorxmalıyam?
Gözü nurlularasa
Hərdən hey acıyıram,
Bəsirət gözlərinin
Korluğuna yanıram…

Deyirəm ki, gözlülər,
Arzulara ruhlanıb,
Həyata sevinmirlər?
Yoxsa, qanadsız qalıb,
Faniliyin cəngində
İlişib, can verirlər..?
Mənsə koram…
korları
görməyə yox gözləri…
amma ki, bacarırlar
Bal kimi yalanları,
bizə yedizdirməyi…

Kor olmuşam, amma ki,
Çox yaxşı eşidirəm
Boşuna qaçmaların,
Vecsiz can atmaların
İzdihamlı səsini.
“Nə olacaq?” – deyərək
Qulaqları səsdədir.
Olanlarına isə
Qiymət vermirlər nədən. –
Bu da bir xəstəlikdir?

Kor olmuşam… amma ki,
Hissiyatım yaşayır,
Təbiətdə hər bir rəng,
Ruhuma işıq saçır…
Kor olmuşam… amma ki,
“Vaxt çatmır, vaxtım yoxdur” –
Deyən gileylilərə,
Gözü nurlu kəslərə
Kor gözlərim acıyır…

Eşitmirlər, duymurlar
biz korlar tək sevginin
musiqili səsini…
Nə olsun ki, mən koram,
xəyallara dalanda,
arzular qanadında,
uçanda, ucalanda,
Seyr edirəm dünyanın
hər bir gözəlliyini.

Allahımı sevirəm,
ona yaxın olanda
göylərə ucalıram;
Əllərimlə astaca
qübbəni oxşayıram.
Möcüzəyə inamı
Könüllərdən qoparan
həyəcanı atıram,
Sadəcə unuduram…

İncikliyi, təlaşı,
həsədi, paxıllığı
silirəm ürəyimdən.
Mənə göz lazım deyil,
çətinə düşənlərə,
kömək, arxa olmaqçun
Allahdan yalnız qüvvət,
bir də güc diləyirəm..!

Adamlar! Kor olsam da,
sizlərdən biriyəm mən..!
Sonda kor da, gözlü də
Gedəcək bu dünyadan;
Ölümü qəbul edən
bəşər övladıyam mən.
Yaxşısı budur gəlin,
bir deyək, birgə gülək.
Çalışaq ki, zülmətdən,
işığı görə bilək,
İşığı bölə bilək…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam