Redaktor seçimi
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Günün xəbəri

Şirkət öz əməkdaşını niyə tutdurmaq istəyir? –“Koroğlu” MMC-yə qarşı ittihamlar (VİDEO)

 

IMG-20180415-WA0003“Koroğlu MMC”-nin keçmiş əməkdaşı Əliyev Rauf Hidayət oğlunun nümayəndəsi Samir Zeynalov mətbuat konfransı keçirərək, hüquqlarını müdafiə etdiyi şəxsin günahsiz olduğunu bildirib. O, MMC-nin rəhbərliyi tərəfindən şirkətə məxsus pulun mənimsənilməsində ittiham olunan R.Əliyevə böhtan atıldığını iddia edib.

Yenixeber.org: Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Samir Zeynalov bildirdi ki, “Koroğlu” MMC-nin rəhbərliyinin əsassız ittihamları nəticəsində Əliyev Rauf Hidayət oğluna qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə (Mənimsəmə və israf etmə) ittiham irəli sürülüb və bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Hakimlər onun əleyhinə faktlar olmadığı üçün qərar verə bilmirlər. “Koroğlu” MMC-nin rəhbərliyi isə məhkəməyə təzyiq etdiyindən R.Əliyevə bəraət verilməsi də mümkün olmur. Bu səbəbdən məhkəmə prosesi uzadılır.

Samir Zeynalov bildirib ki, nümayəndəsi olduğu Əliyev Rauf Hidayət oğluna qarşı yönələn ittihamın tərkib hissəsində kiçik də olsa mötəbər sübut yoxdur. Lakin o, bu gün qondarma ittihamla həbs edilmək təhlükəsi qarşısında qalmaqla bərabər, intihar həddinə də çatıb.“Əliyev Rauf şirkət rəhbərliyinin ilk və tək qurbanı deyil. Əgər o həbs olunarsa və yaxud da intihar edərsə, artıq “Koroğlu” MMC-nin rəhbərliyi bu durumdan digər işçiləri qarşısında faydalanacaq. Hiddət və təəsüf doğuran əsas məqam isə ondan ibarətdir ki, şirkət rəhbərliyinin bu əməllərinə dövlətin səlahiyyət tanıdığı imtiyazlı şəxsləri də ortaq olur. Bakı Ağır Cinayətlər Məhkəməsinin mövcud işə baxan kollegiyası qətiyyən tərəfsiz, qərəzsiz, ədalətli olmaq niyyətində deyil. Uzun müddətdir davam edən süründürməçilik və mənasız məhkəmə çəkişmələri nəticəsində gənc Raufun səhhətində nevrotik problemlər meydana gəlib. Tanınmaz hala düşməklə, həkim müalicəsi almaqla cəmiyyətdən təcrid olub, sarsılıb. Amma məhkəmə kollegiyası ona qarşı ədalətli yanaşmaq, mərhəmətli olmaq istəmir. Qeyd edim ki, iş üzrə cinayət kollegiyasına sədrliyi hakim Mahmud Ağalarov həyata keçirir”.

Qeyd edək ki, mətbuat konfransı ilə bağlı “Koroğlu” MMC-nin rəhbərliyi xəbərdar edilsə də, konfransda qarşı tərəfdən səlahiyyətli şəxs iştirak etməyib.

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr