Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Məktəb və kompüter salonlarından oğurluq edən şəxslər saxlanılıbMəktəb və kompüter salonlarından oğurluq edən şəxslər saxlanılıb

 

Məktəb və kompüter salonlarından oğurluq edən şəxslər saxlanılıb
Yenixeber.org: Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompüter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompüter oğurlamaqda şübhəli bilinən Abşeronrayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev saxlanılıblar.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr