Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İrandan Ermənistanı iqtisadi blokadadan çıxarmağa növbəti cəhd

 

 

 

Cənub qonşumuzun Azərbaycana qarşı növbəti planı

Yenixeber.org: “Tehran Times” qəzetinin verdiyi xəbərə görə, İran Rusiya, Ermənistan və Gürcüstan arasında elektrik enerji şəbəkələrinin “Şimal-Cənub” dəhlizi adlı layihəsi 2019-cu ildə istifadəyə veriləcək. Layihə ölkələrin enerji şəbəkələrinin birləşdirilməsini nəzərdə tutur.

“Yeni Musavat” xatırladır ki, 26-27 fevral 2018-ci ildə Yerevanda keçirilmiş İran-Ermənistan hökumətlərarası müştərək iqtisadi komissiyanın 15-ci iclasında İran energetika naziri Reza Ərdəkanian bildirmişdi ki, İran Ermənistana 180 milyon nəfərlik Avrasiya İqtisadi İttifaqı bazarına pəncərə kimi baxır.

Qeyd edilib ki, “Ermənistanın Avrasiyadakı mühüm mövqeyini” nəzərə alan İran iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən üçüncü elektrik xəttinin çəkilişi, üç və dörd tərəfli Şimal-Cənub elektrik xətti koridorunun yaradılmasına dair razılıq, avtomobil və dəmir yolu dəhlizləri sahəsində əməkdaşlıq, Ermənistana ixrac olunan təbii qazın həcminin artırılması və s. sahələrdə səylər göstərilib.

İclasın yekununda hökumətlərarası müştərək iqtisadi komissiyanın protokolu ilə yanaşı gömrük (2 sənəd) və idman sahəsində (1 sənəd) əməkdaşlığa dair sənədlər imzalanıb.

Ərdəkanian Ermənistanın baş naziri və ətraf mühitin mühafizəsi naziri ilə görüşüb. İranla münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayan Ermənistanın baş naziri, əlaqələrin inkişafı üçün siyasi iradənin olduğunu açıqlayaraq, müştərək iqtisadi komissiyanın əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin olduğunu bildirib.

“İki ölkə xalqlarının minilliklər boyu biri-birinin yanında əmin-amanlıq şəraitində” yaşadığını qeyd edən R.Ərdəkanian İranla Ermənistan arasındakı iqtisadi əlaqələrin də siyasi əlaqələr kimi inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.

Ermənistan enerji infrastrukturu və təbii sərvətlər naziri Aşot Manukyan ilə görüşdə, R.Ərdəkanian İranla Ermənistan arasındakı üçüncü yüksək gərginlikli elektrik xəttinin inşasının sürətləndirilməsi üçün ölkəsinin “SANİR” şirkətini cəlb etdiyini açıqlayıb “İran 3-cü xəttin Ermənistandan Gürcüstana çəkilməsini gözləyir və ümid edirik ki, Ermənistan tərəfi bu xəttin inşasında İran şirkətlərinin iştirakı üçün əməkdaşlıq həyata keçirəcək”.

Aşot Manukyan ile ilgili görsel sonucu

Ekspertlərin fikrincə, əslində bu təşəbbüslər Rusiyanın İran vasitəsilə Yaxın Şərq bazarına çıxış imkanlarını artırmaq, Avropa İttifaqına qarşı Avrasiya İttifaqının əvvəlcə İran və Hindistan, sonra isə həm də Misir üçün daha çox cəlb edici olduğunu sübut itmək istəyindən irəli gəlir.

Rusiya ekspertləri Mehri azad iqtisadi zonasına dair Avrasiya İttifaqı ilə İran arasında imzalanmış azad ticarət sazişi sayəsində mövcud olduğunu qeyd edir və “Ermənistanın geosiyasi mövqeyi nəhayət ki qiymətləndildi” deyə istehza edirlər.

Daha bir təşəbbüs Ukrayna mallarının İrana daşınması ilə bağlıdır. Ukrayna İrana taxıl bitkiləri ixrac etmək və günəbaxan yağı ixracını gücləndirmək istəyir. Əvəzində İran qazı, neft, bitum tədarükünə ümid bağlayır.

Rəşt-Astara dəmiryolu ile ilgili görsel sonucu

Bu arada Ermənistanda bu marşrutun bir hissəsi artıq gerçəkləşdirilir. Lakin “Regnum” İA qeyd edir ki, Ukrayna öz məhsullarını müttəfiqi Azərbaycan vasitəsilə də İrana çıxara bilər. İndiki anda Rəşt-Astara dəmiryolu inşasının başa çatması üzrə işlər gedir. “Ukrayna hazırda bütün imkanları yoxlayır, lakin hər şeyə əsasən, Ermənistan marşrutu onun üçün o qədər də cazibədar deyil. Artıq bu il Tehranda beş ölkə – İran, Azərbaycan, Gürcüstan, Ukrayna və Polşa nəqliyyat əməkdaşlığı sahəsində saziş imzalayacaq. 

Bir sözlə, indiyədək Ermənistanın nəinki regional təşəbbüslərdə aparıcı rol oynamaq, regionları, qitələri və ölkələri biri-biri ilə bağlayan layihələrdə yer almaq cəhdləri alınmayıb, əksinə, Azərbaycanın aktiv siyasəti bu ölkəni get-gedə daha çox regional dalana itələyib’.

Azərbaycan Gürcüstan, İran, Türkiyə və Rusiya arasında müxtəlif ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları qurması nəqliyyat və enerji layihələrinin Ermənistandan yan keçməsini təmin edir. Təəssüf ki, sözdə müsəlman həmrəyliyindən, şiə təəssübkeşliyindən danışan cənub qonşumuz bir sıra hallarda bu formatlarda irəli sürülən dəyərli təşəbbüsləri qulaq ardına vurur, həmçinin Ermənistanla sıx iqtisadi əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu göstərməyə çalışır.

Reallıq onu göstərir ki, İranla Ermənistan arasında iqtisadi əməkdaşlıq Tehran üçün əlverişli heç nə vəd etmir. Çünki bu layihələrin əsas maliyyə mənbəyi rolunda müflis Ermənistan deyil, məhz İran çıxış edir. Görəsən bunda İranın marağı nədir?

Hər dəfə Ermənistana nəfəslik təqdim edən cənub qonşumuz yenə də öz əməlindədir. Lakin əminik ki, bu  dəfə də sağlam və praqmatik yanaşma qalib gələcək, Ermənistanın “minillik dostu” İran vasitəsilə özünü lazımlı regional oyunçu kimi təqdim etmək cəhdi uğursuzluqla sonlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam