Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanın İrandan gözlədiyi pullar

 

Ermənistanın İrandan gözlədiyi pullar

 

 

İrəvan həm Moskvadan, həm də Tehrandan yararlanmağa çalışır

 

Yenixeber.org: Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın "RİA Novosti" agentliyinə müsahibəsində İranla münasibətlərə, xüsusilə Ermənistanın bu ölkədən əldə ümid etdiyi maliyyə vəsaitlərinə xüsusi diqqət yetirib.

 Tehranda İran, Azərbaycan və Rusiya prezidentləri Həsən Ruhani, İlham Əliyev və Vladimir Putinin üçtərəfli görüşü ərəfəsində Ermənistan prezidenti sanki daxili auditoriyaya ölkəsinin İranla daha yaxın əlaqələrə malik olduğunu iddia edib.

“İran böyük bazardır, 80 milyonluq ödəniş qabiliyyətli bazardır və Avrasiya İttifaqı ölkələrində istehsal edilən məhsullara bu ölkədə böyük ehtiyac var”,- deyə Ermənistan lideri bildirib. 

Həsən Ruhani, İlham Əliyev və Vladimir Putin
Həsən Ruhani, İlham Əliyev və Vladimir Putin

Eyni yanaşma Rusiyanın «Regnum» portalının ermənipərəst əməkdaşı Stanislav Tarasov tərəfindən də nümayiş etdirilir. Həsən Ruhani, İlham Əliyev və Vladimir Putinin üçtərəfli görüşü ərəfəsində məqalə ilə çıxış edən  Stanislav Tarasov iddia edib ki, Rusiya - Azərbaycan - İran formatı geo-iqtisadi əməkdaşlıq formatı olsa da daha çox deklarativ xarakter daşıyır: "Tehranda qlobal sənədlərin imzalanması çətin ki, baş versin".

Halbuki, Rusiyanın ekspert dairələrində tamamilə fərqli düşünürlər. Məsələn, Rusiya Avrasiya “Chatham House” proqramının analitiki Stanislav Pritçin Rusiya - Azərbaycan - İran iqtisadi üçbucağının potensialının çox vektorlu olduğunu bildirir və bu məsələdə xüsusi olaraq Şimal - Cənub nəqliyyat dəhlizi layihəsini vurğulayır. 

Şimal - Cənub dəmir yol dəhlizi
Şimal - Cənub dəmir yol dəhlizi

Araşdırmalar göstərir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi tam gücü ilə işə düşəndən sonra Azərbaycan bu istiqamətdə hər il 20 milyon tona qədər yükü tranzit yolu ilə İrandan Rusiyaya və ya əksinə ötürmək imkanında olacaq. Bu, Azərbaycana hər il təxminən 1 milyard dollar valyuta gətirəcək.  

Görünür, Ermənistan rəhbərliyini də məhz bu məsələ narahat edir və İrəvan bu məsələdə  Azərbaycana maneçilik törətməyə çalışır. Təbii ki, Azərbaycan adekvat addımlar atmalıdır və Ermənistanın istəklərinin üstündən xətt çəkməlidir. Həm Tehranla, həm Moskva ilə əməkdaşlığın dərinləşməsi bu ölkələrdən rəsmi və qeyri-rəsmi şəkildə Ermənistana verilən dəstəyi istər-istəməz zəiflədə bilər. Bu isə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin qurtuluşunu yaxınlaşdırar.(istipress)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam