Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Saakaşvilinin apellyasiya şikayəti təmin edilməyib

 

 

Kiyev Apellyasiya Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin apellyasiya şikayətinə baxılıb

 

Yenixeber.org: Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri barəsində Kiyev Rayon İnzibati Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.  

Qeyd edək ki, Kiyev Rayon İnzibati Məhkəməsi Mixeil Saakaşviliyə müdafiəyə ehtiyacı olan şəxs statusu verməkdən imtina edib. Qərardan narazı qalan Gürcüstanın sabiq prezidenti apellyasiya şikayəti verib. 

Məhkəmənin qərarı hökumətə M.Saakaşvilini vətəndaşlığı olmayan şəxs kimi Ukraynadan ekstradisiya olunmasına əsas verir.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında prezident Petro Poroşenko Gürcüstanın sabiq prezidentinin Ukrayna vətəndaşlığından məhrum edilməsi barəsində fərman imzalayıb. Bu il yanvarın 5-də isə Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini Gürcüstan prezidenti vəzifəsində səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirkar bilib və onu qiyabi qaydada üç il müddətinə azadlıqdan məhrum edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam