Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlandı

Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlandı

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlanıb.

Yenixeber.org: Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, ölkədə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Azərbaycanda cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır.

"Nəzərə alaq ki, bu il həm Azərbaycan Parlamentinin və Silahlı Qüvvələrinin yaranmasının, həm də Azərbaycan dövlət bayrağının qəbul edilməsinin 100 illiyidir. Bu baxımdan Azərbaycan cəmiyyəti bu il həm seçki keçirməli, həm də bu yubileyləri yüksək səviyyədə keçirməklə müstəqilliyə layiq olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı səhifə olduğunu göstərməlidir", - deyə deputat vurğulayıb.

YAP rəsmisi hesab edir ki, seçkilərin vaxtını əvvələ çəkməklə cəmiyyətimiz həm prezident seçkilərini, həm də digər tədbirləri yüksək səviyyədə keçirə biləcək:

"Prezident seçkiləri konstitusiyada nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilsəydi, cəmiyyət paralel surətdə bir neçə istiqamətdə öz fəaliyyətini göstərməli olacaqdı. İndiki situasiyada isə seçkiləri keçirməklə biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini adına layiq şəkildə qeyd edə biləcəyik. Eyni zamanda cümhuriyyətimizin ikinci 100 illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlarla, yeni hədəflərlə daxil olacağıq”.(azvision)

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam