Redaktor seçimi
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
Günün xəbəri

Siyasi mühacirin səs yazısı –sensasion məsələlər açıqlandı (audio-fakt)

 

 

 

“Niyə özlərinin əyri-üyrü işlərini burda yaşayan bütün mühacirlərə şamil etmək istəyirlər?”

Hazırda İsveçrədə mühacir həyatı yaşayan Rasim Cabbarov səs yazısı göndərib.Səs yazısında son dönəmlər Avropada yaşayan bəzi azərbaycanlı mühacirlərdən narazılıq edən R.Cabbarov bunu detallarına qədər açıqlayıb.

5 il 5 aydır ki, İsveçrədə yaşadığını deyən mühacir oradakı heç bir qruplaşmaya daxil olmadığını vurğulayıb. Onun sözlərinə görə, Avropada da bir çox azərbaycanlılar qruplaşmalarda olurlar və bunun fəsadları da özünü göstərir: “Hər bir kəsin Vətəni tərk etməyə bir səbəbi olub. Bu vaxta qədər kim gəlibsə və bundan sonra da kim gələcəksə, Allah hamısının işini avand eləsin.

Amma mənim şikayətim bura gəlib daimi yaşayış oturumu alan bəzi insanlarla bağlıdır. Burda yaşayan azərbaycanlıların böyük əksəriyyəti əyani-qiyabi bir-birini  tanıyıb. Azərbaycandan tanıdıqlarımız da olub, burda tanış olduqlarımız da. Oturum alan bəzi azərbaycanlılar məsələni çox böyüdürlər. Bəziləri deyirlər ki, Azərbaycan dövləti məni siyasi təqib edir, məni tuturlar-filan, Azərbaycana gedə bilmirəm. Bəyanatlar verirlər sosial şəbəkələrdə. Bəzi bizim dostlarımız da məsələnin mahiyyətini bilmədən qızışıb düşürlər ortaya. Azərbaycanda siyasi, iqtisadi vəziyyəti bilirik. Amma Azərbaycan hökuməti tərəfindən təqib olunduğunu iddia edən adamların Azərbaycan hökuməti ilə başqa problemləri var. Birinci problem odur ki, orda banklara külli miqdarda borcu olub. Ayağına külli miqdarda borc yığılıb. Nəsə bir işlərdən çıxıblar. Pulu ödəyə bilmirlər. Dövlət də onları axtarışa verib. Yaşadığın ölkədən çıxanda təbii ki, onu həbs edəcəklər, barələrində cinayət işi olacaq. Bunu siyasətə çevirmək nəyə lazımdır? Bu insanlar başa düşmürlər ki, bu insanlar özlərini bataqlığa apardıqları kimi, bizi də özləri ilə bataqlığa sürüyürlər”.

 “Yalandan səs-küy yaradırlar ki, məni tutdular, asdılar, kəsdilər”

Bəzi səbəblərə görə Azərbaycanı tərk edib Avropaya gəldiyini deyən R.Cabbarov burda yaşasa da, ölmək üçün Azərbaycana getmək istədiyini vurğuladı: “Amma adını “siyasi mühacir” qoyan dostlar durumu o həddə gətirib çıxaracaq ki, bizim kimi insanlar Vətənə gedə bilməyəcəklər.  Hansı bir siyasi mühacir, başqa yollarla gələn insan burda uşağına təhsil verdi, göndərdi Azərbaycana və onu işlə təmin etmədilər? Bəlkə belə hal olub, mənim xəbərim yoxdur? Şəxsən mən öz övladlarımı burda, amma Azərbaycan üçün böyüdürəm. Bizim millətdə qəribə cəhət var: direktorun uşağı direktor, siyasətçinin uşağı siyasətçi, qəzetçinin uşağı isə qəzetçi olmalıdır. Axı belə şeylər olmaz.  Bu qrupda olan yoldaşlar eşidirlər ki, bəzi dostlarımız saxtakarlıqla məşğul olur. Onun adını hallandırmağa başlayırlar. Bəs öz yanınızda saxtakarlıq edənləri niyə demirsiz? Burda elə insanlar var ki, heç siyasi partiyanın harada yerləşdiyini bilmirlər. Bizim heç kimlə işimiz yoxdur. 20-25 il burda yaşayanlar var ki, Sovet dövründə bura gəliblər. Amma adlarını qoyublar siyasi mühacir. Dövlətin verdiyi müavinətlə, sosial yardımla yaşayırlar. Get yaşa da, işlə də”.

R.Cabbarov siyasətlə məşğul olmaq istəyənlər üçün Avropada bütün qapıların açıq olduğunu vurğuladı. Dedi ki, siyasi partiyalar, millət vəkilləri, dövlət aparatında təmsil olunanlar mühacirlər üçün də qapılarını açıq qoyublar və hər cür fəaliyyət üçün yardım etməyə hazırdılar: “Axı niyə bəziləri özlərinin əyri-üyrü işlərini burda yaşayan bütün mühacirlərə şamil etmək istəyirlər? Məqsədləri nədir? Azərbaycana gələcəkdə getmək istəmirsizsə getməyin. Burda belə əyri işlərlə məşğul olmağın mənası nədir? Siyasi fəaliyyət o demək deyil ki, küçədə bağırasan, kiminsə şəklini əlində yandırasan. Bu, siyasət deyil, şoudur. Lobbiçilik aparmaq istəyirsizsə, gəlin aparaq. Aparanlar da var. Amma bəzi “dostlar” öz əyri işlərinə hamını qoşmasınlar. Harda getdik bir kitab sərgisi keçirdik? Qarabağ haqqında, başqa problem haqda sərgi keçirdik, öz fikrimizi çatdırdıq?”

Azərbaycanlı mühacir Azərbaycanla bağlı keçirdikləri sərgilərdə yaşadıqları problemlərdən də danışdı. Dedi ki, Azərbaycan, Qarabağ, Ağdam haqqında sərgilərdə kitablar da yer alır və onların bəzilərinin arxasında onun nəşrinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyi öz əksini tapır: “Bəzi “dostlar” gəlib orda başlayırlar ki, siz burda fondu, iqtidarı təbliğ edirsiniz? Başa salmaq olmur ki, bu kitabı maliyyələşdirən fonddur. Özlərinin çox dayaz, cılız fikirləri ilə insanları kor qoymaq istəyirlər. Fikirləri nədir? Yalandan səs-küy yaradırlar ki, məni tutdular, asdılar, kəsdilər. Bu Avropada kimi tutub, kəsiblər axı? Azərbaycanda bir cinayətin olmasa səni niyə axtarsınlar ki? Baxırsan ki, banka külli miqdarda borcu var, ya da polisdə bir işi var, axtarışa verilib. Niyə dövlətin pulunu yeyib qaçırsan? Tənqid başqa şeydir, təhqir başqa şey. Sabahdan axşama qədər sosial şəbəkələrdə təhqirlərlə məşğuldur bu insanlar. Nalayiq ifadələr, pis sözlərlə. Bunu qadınlar, yeniyetmələr oxuyur”.

Azərbaycanlı mühacir sonda Avropada yaşayan bəzi soydaşlarımıza müraciətlə “gəlin özümüzü düzəldək, sonra başqalarından danışaq”, deyib.

Musavat.com mühacirin səs yazısını təqdim edir.  

 

 

 

Sevinc TELMANQIZI, musavat.com  


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr