Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəni tərk edənlərin sayı niyə artır? -"Sosial-iqtisadi problem"

 

Sosioloq: “Əsas məsələ insanların dolanışığı, sosial-iqtisadi problemlərlə bağlıdır”


Xeberinfo.com:   Son illərdə ölkəni tərk edənləri sayı artıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, daimi yaşayış üçün 2012-ci ildə ölkəni tərk edənlərin sayı 200 nəfər, 2013-cü və 2014-cü illərdə 800 nəfər, 2015-ci ildə isə 1600 nəfər olub. 
Beləliklə, 2014-2015-ci illər arasında daimi yaşayış üçün ölkədən miqrasiya edənlərin sayı iki dəfə artıb. Hələlik 2016-cı ilə olan hesabat açıqlanmayıb. Lakin bu bir faktdır ki, son bir ildə daimi yaşayış üçün ölkəni tərk edənlərin sayı artıb, onların arasında tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər, ictimai fəallar, iş adamları da var. O da məlum olub ki, azərbaycanlılar sığınacaq üçün daha çox Avropa ölkələrinə müraciət edirlər. BMT-nin Qaçqınlar Agentliyinin 2014-cü ilə dair hesabatında da qeyd edilir ki, Avropadan sığınacaq alan azərbaycanlıların sayı çoxalıb.


Bəs, ölkəni tərk edən azərbaycanlılarla bağlı səbəb nədir? Bir reallığı da qeyd edək ki, hazırda ölkədə siyasi repressiyalar olmadığı, müxalifətin fəallığı hiss edilmədiyi üçün ictimai fəalların da total təqibi müşahidə olunmur. Belə olduğu halda niyə azərbaycanlılar ölkəni tərk etməkdə maraqlıdırlar?


Sosioloq Rafiq Temrazov məsələyə bu cür aydınlıq gətirdi: “İnsanların qaydalardan kənar, siyasi təzyiq olmadıqda belə xarici ölkələrə üz tutması suallar doğurur və bu məsələni aydınlaşdırmaq lazımdır. Onları birbaşa ittiham etmək olmaz ki, niyə bu addımı atırlar. Əsas məsələ insanların dolanışığı, sosial-iqtisadi problemlərlə bağlıdır. Çünki insanlar artıq Azərbaycanda gələcəyə ümidlə baxa bilmir, gələcək sosial-iqtisadi təminatların, güzəranlarının yaxşılaşması zəminində ciddi bir şey görmürlər. Getdikcə iqtisadi baxımdan vəziyyət çox gərginləşir. Hökumət tərəfindən də müəyyən islahatlar hələ ki həyata keçirilmir. Üstəlik, islahatlara dəstək verəcək, hökumətin yanında ola biləcək QHT-lər bu gün demək olar ki, iflic vəziyyətindədir və sıradan çıxıb”.


Sosioloqa görə, ölkəni daim yaşayış məqsədilə tərk edənlərin sayının azalması üçün hökumət ciddi islahatlar aparmalıdır: “Ümumiyyətlə, Avropada insanlara sığınacaq verilərkən onların gəldiyi ölkədəki ictimai situasiyanın mövcud durumu araşdırılır. Fikrimcə, Azərbaycanda siyasi məhbus, vicdan məhbus anlayışı birdəfəlik həll olunmalıdır. Bildiyiniz kimi, sığınacaq ifadə, söz, dini azadlığa və sairə məsələlərə görə verilir. Bu problem həll olunduqdan sonra insanların o sahədə bəhanələri olmayacaq. Demək olar ki, insanlar sığınacaq üçün heç müraciət etməyəcək, öz elində-obasında çalışacaq ki, bir işlə məşğul olsunlar. Və təbii ki, hökumət iqtisadi vəziyyəti düzəltmək üçün çox ciddi islahatlar yaratmalıdır, bu, çox vacib məsələdir”.


Əlavə edək ki, daimi yaşayış üçün ölkəni tərk edən azərbaycanlıların sayının artması hazırda ictimaiyyətdə geniş müzakirə olunan məsələlərdən biridir. Digər ekspertlər də qeyd edir ki, problemin əsas yaranma səbəblərindən biri ölkədə iqtisadi çətinliklərin artması, ticarət dövriyyəsinin zəifləməsi, biznesin zəifləməsi, gəlirlərin aşağı düşməsi ilə bağlıdır.

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam