Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır– TƏKLİF

Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır

 

 

“Lider” TV-də yayımlanan “Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı tənqidi sujet müzakirələrə səbəb olub. Belə ki, verilişdə qonaq evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib

 

Yenixeber.org: Yol-nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov bildirib ki, dayanma və durama qaydalarını pozan avtomobillərin evakusiyası, xüsusən də evakuasiya üçün alınan pulların ödənilməsi qaydası, məbləği, kimin cibinə getməsi məsələsi yeni söhbət olmasa da, aktualdır.

 

Onun sözlərinə görə, evakuasiyaya görə ayrıca ödənişi ləğv etmək lazımdır.

“Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə qalsın. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilsin. Bunun edilməsi ən azı 2 mühüm problemi həll edəcək:

1. Bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin, 2 maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, 1-ci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı) , həmd xeyli vaxt və əsəb itirir. 2-ci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu ədalətsizlikdir.

2. Evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakuasiya olsa da, olmasa da konkret cəriməsini ödəyəcək.

Evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanunauyğun fəaliyyət göstərərlər.

Nəzərə alaq ki, dünyanın bəzi ölkələrində bu təcrübə var və çox səmərəlidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam