Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bankların öhdəliklərinin könüllü restrukturizasiyası üçün müəyyən olunmuş müddət uzadılır

 

Milli Məclisin plenar iclasında "Banklar haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

 

 

Yenixeber.org: Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O deyib ki, qanun layihəsinə əsasən bankların öhdəliklərinin könüllü restrukturizasiyası üçün müəyyən olunmuş müddət uzadılır.

 

Belə ki, qanunun 57-11.6-cı maddəsində üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözlərinin çıxarılması təklif olunur. Belə ki, hazırda qüvvədə olan maddəyə əsasən öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.

 

Bundan başqa, qanunun 57-11.6-cı maddəsinə “Hər bir müraciət üzrə uzadılma 180 gün müddətdən artıq ola bilməz” və “Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur” məzmununda dördüncü və beşinci cümlələr əlavə edilir.

 

Başqa sözlə, öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün müəyyən olunmuş bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə hazırda qüvvədə olan qaydaya görə 90 gün deyil, 180 gün müddətinədək uzadıla bilər.

 

Həmçinin, layihəyə əsasən bu qanunun I maddəsi bu Qanunun qüvvəyə mindiyi tarixdən başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

 

Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam