Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

EBRD Azərbaycan Beynəlxalq Bankının səhmdarı ola bilər

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (European Bank for Reconstruction and Development, EBRD) Azərbaycan bank sektorunun, o cümlədən sektorun ən iri oyunçusu olan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) restrukturizasiyası prosesinə dəstək verəcək.

 

Yenixeber.org: "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə EBRD-nin prezidenti Suma Çakrabarti bildirib.

 

"Bilirsiniz ki, ötən həftə mən Azərbaycana səfər etdim və prezident İlham Əliyevlə müzakirələr apardım. Biz bildirdik ki, bu bankın (ABB - red.) restrukturizasiyasına dəstək verməkdən şad olardıq", - deyə bank rəhbəri qeyd edib.

 

S. Çakrabarti əlavə edib ki, EBRD ABB-nin səhmdarı ola bilər. Bunun üçün bankın korporativ idarəetməsində islahatlar aparılmalıdır. Bankir qeyd edib ki, bu il EBRD ABB-nin səhmdarı olmayacaq: "Çətin ki, bu il səhmdar olmağımız alınsın. Çünki Bank restrukturizasiya prosesini keçməlidir. Biz azərbaycanlı tərəfdaşlarımıza bildirdik ki, texniki dəstəyə hazırıq, lakin səhm alışı üçün çox tezdir, biz hadisələrin hansı məcrada inkişaf edəcəyini görməliyik".

 

Bundan öncə ABB bəyan edib ki, xarici öhdəliklərinin (3,3 mlrd. dollar) könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.

 

18 iyul 2017-ci il tarixində ABB-nin kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93,9%-ə malik kreditorlar planın lehinə səs verib. "Banklar haqqında" qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində planın təsdiqlənməsinə dair qərar çıxarıb.

 

"APA-Economics" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam