Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Təmiz idmançı”ların adları açıqlandı

“Təmiz idmançı”ların adları açıqlandı

“Ölkədə anti-dopinq işlərinin aparılması üçün yetərli baza yoxdur”

Yenixeber.org: Bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib.

Onun sözlərinə görə, hazırda dövlət qurumları və idman təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalanır:

“Yaxın vaxtlarda Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq memorandumu imzalanacaq. Ölkədən giriş-çıxış məsələləri çox vacibdir. Artıq idmançılar ölkədə olub-olmadıqlarına dair düzgün məlumat vermədikdə, Dövlət Sərhəd Xidmətindən dəqiq məlumat ala biləcəyik. Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edirik. Gənclər və İdman Nazirliyi bizə dəstək olur”.

Şəfəq Hüseynli bildirib ki, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təmiz idman səfirləri seçilib:

“Səfirlər qurumun təşkil edəcəyi tədbirlərə qatılaraq idmanın dopinqsiz olması istiqamətində təbliğat işlərində fəal iştirak edəcəklər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam