Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Liderlər Qüds üçün İstanbulda...- Səudiyyə isə gəlmədi

 

Liderlər Qüds üçün İstanbulda… – Səudiyyə isə gəlmədi
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbulda keçiriləcək Qüds Zirvə Toplantısı üçün Rusiyadan təmsilçi gəldiyi halda, səudiyyəli səlahiyyətlilər dəvəti geri çevirib.

Yenixeber.org: Türkiyə KİV-nə isitnadən xəbərə görə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərəkətə keçib.

Artıq Ərdoğanın dəvəti ilə bir çox ölkənin liderləri bu gün Türkiyəyə gəlməyə başlayıb. Rusiyadan belə zirvə toplantısına təmsilçi göndərildiyi halda, Səudiyyə Ərəbistanı dəvətə isti yanaşmayıb və Ərdoğanın dəvətində iştirak etməkdən imtina edib.

Qətər – Qətər əmiri Şeyx Temim bin Hamad Al Sani İslam İşbirliyi Təşkilatının (İİT) Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün şəxsi təyyarəsi ilə İstanbula gəlib.

Azərbaycan – Azərbaycan prezidenti İlham Əliyev də şəxsi təyyarəsi ilə İstanbula gəlib.

İran – İran prezidenti Həsən Ruhani də zirvəyə şəxsi təyyarəsi ilə gəlib. Ruhanini Atatürk Hava limanında İstanbul valisi Vasip Şahin və bəzi səlahiyyətli nümayəndələr qarşılayıb.

Şimali Kipr Türk Cümhuriyyəti – KKTC prezidenti Mustafa Akıncı zirvəyə sifarişli təyyarə ilə gəlib.

Fələstin –  Fələstin prezidenti Mahmud Abbas İİT zirvəsində iştirak etmək üçün şəxsi təyyarəsi ilə İstanbula bir gün əvvəl gəlib.(a24)


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr