Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Yeni nazirlik YARADILDI- 27 yaşlı şəxs RƏHBƏR OLDU

Yeni nazirlik YARADILDI

 

ABŞ, Yaponiya, Çin, Cənubi Koreya kimi texnologiya istehsalı ilə məşğul olan ölkələrin ağlına gəlməyəni Birləşmiş Ərəb Əmirlikləri edib. Ölkədə Süni İntellekt nazirliyi yaradılıb

 

Yenixeber.org: Texnologiya dünyasında robotlar başda olmaqla bütün yeni nəsil qurğuların işinin əsasını təşkil edən süni intellekt nazirliyinə artıq təyinat da olub.

BƏƏ-nin baş nazirinin müavini, baş nazir və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumu bu barədə tviterdə məlumat paylaşıb. Onun sözlərinə görə, yeni nazir vəzifəsinə 27 yaşındakı Ömər Bin Sultan Əl Olama təyin edilib.

Əvvəl baş nazirlikdə gələcəkdən məsul direktor kimi işləyən gənc nazir, bundan sonra süni intellekt texnologiyası, istifadə yerləri və təhlükəsizliyi kimi işlərə nəzarət edəcək.

Bu günlərdə BƏƏ 2031-ci ilə qədər olan süni intellekt strategiyasını paylaşdı. Yeni strategiyaya görə, süni intellektlə yanaşı robotlar, Marsda yerləşmək kimi mövzular gündəmdə olacaq. 2021-ci ildə kağızla olan bütün yazışmalar elektronlaşdırmaq, 2030-cu ildə bütün əmirliklərdə nəqliyyat şəbəkəsinin 25 faizini avtonom etmək, 2050-ci ildə istehsal edilən enerjinin 75 faizini təmiz mənbələrdən əldə etmək, 2117-ci ilə qədər Marsa yerləşmək kimi hədəflər var.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr