Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

“Təfəkkür”-ün tələbələri kütləvi şəkidə köçürülür–Nazirlik

“Təfəkkür”-ün tələbələri kütləvi şəkidə  köçürülür

 

Bu il yay ayları ərzində 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb.

Yenixeber.org: Bunu Təhsil Nazirliyinin Vətəndaş müraciətlərinə baxılması şöbəsinin əməkdaşı Günay İsgəndərova bildirib. Onun sözlərinə görə, tələbə köçürülmələri yay və qış semestrləri ərzində aparılır. Yay semestri ərzində köçürülmələr iyuldan başlayır. Prosesn sentyabrın 25-də başa çatması nəzərdə tutulur. İndiyədək köçürülmə üçün müraciət edən tələbələrin sayı 1500-ə qədər olub: “Onlardan 1000-ə nəfərə yaxını artıq köçürülüb. Köçürülən tələbələr arasında Bakı Dövlət Universitetinə müraciət edənlərin sayı çoxluq təşkil edir. Eyni zamanda, “Təfəkkür” Universitetindən tələbə axını var. Ötən bir neçə gün ərzində “Təfəkkür” Universitetinin daha 100-ə yaxın tələbəsi www.transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil təhsil müəssisəsinə köçürülüb. Yəni yay tətili ərzində bu universitetdən digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə çatıb. Digər məktəblərə köçürülmək üçün isə tələbələr www.transfer.edu.gov.az portalına sentyabrın 25-dək müraciət edə bilərlər”.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr