Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək?- Açıqlama

 

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək?

 

Təhsil Nazirliyi bir ali məktəbdən digər ali məktəbə köçürülən tələbələrin təhsilhaqqının ödənişi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib

Yenixeber.org: Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, köçürülən tələbə tədris ilinin yarım ili üzrə təhsilhaqqını ödəyibsə, o, ikinci yarım il üzrə təhsilhaqqı ödəməməlidir:

"Çünki o, artıq bir ali təhsil müəssisəsindən digərinə köçürülmək üçün müraciət edir. Tələbə ikinci yarımildə başqa bir ali məktəbdə oxuyacaqsa, orada da ondan 2-ci yarım ül üzrə təhsilhaqqı istəyəcəklər. Buna görə də tələbənin təhsil almadığı dövr üçün təhsilhaqqı ödəməsi absurddur. Tələbələr də bilməlidirlər ki, əgər köçürülmə üçün www.transfer.edu..az saytına müraciət edibsə, o, növbəti yarım il üçün ödəniş etməməlidir. Əgər köçürülməyəcəksə, təbii ki, oxuduğu ali məktəbdə təhsilhaqqını ödəməli olacaq".

S.Gözəlov qeyd edib ki, bu qaydalar bütün ali təhsil müəssisələri üçün eynidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam