Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şeyxin idarəsi ləğv olacaqmı?!

 

Fazil Mustafa: “QMİ-nin ləğvini indiki şəraitdə doğru hesab etmirəm”

Yenixeber.org: Son günlər Azərbaycan mətbuatının əsas gündəmində olan şəxslərdən biri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadədir. Onun gündəmi zəbt etməsi rəhbərlik etdiyi quruma da təsir etməkdədir. Belə ki, onunla birlikdə QMİ barədə də mətbuatda artıq çoxsaylı xəbərlər gedir.

 QMİ ilə bağlı müzakirələrin əsasını isə qurumun ləğv edilməsi barədə tələblər tutur. Son olaraq, ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bu məsələyə toxunaraq, dini qurumun fəaliyyətinin Azərbaycan Konstitusiyasına zidd olduğunu bildirib.

“Qafqaz Müsəlmanları İdarəsi nə üçün Bakıda yerləşir? Bunun bizə nə aidiyyəti? Məgər Azərbaycan Qafqazda yerləşir? Azərbaycan Zaqafqaziya respublikasıdır. Qafqaz Dağıstan, Çeçenistan, Stavropol, İnquşetiyadır. Bakıda Qafqaz Müsəlmanları İdarəsinin nə işi var?! Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda fəaliyyət göstərən hər hansı bir ictimai-siyasi təşkilat başqa dövlətlərin vətəndaşlarını öz sıralarına cəlb eləyə bilməz. Bəs bu Qafqaz Müsəlmanları İdarəsi Qafqazda yaşayan Rusiya vətəndaşlarını öz sıralarında necə birləşdirir?! Açıq-aşkar Azərbaycan Konstitusiyasına zidd fəaliyyətdir.

Allahşükür Paşazadənin son illərdə İslam dini ilə, Quranla bağlı efirə, xalqın qarşısına çıxıb çıxışlar etdiyini görmüsünüz!? Din xadimi kimi üzərinə düşən maarifləndirmək işini yerinə yetirib!? Bu vəziyyət Allahşükür Paşazadənin və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinə güzgü salır. Gəlin görək Qafqaz Müsəlmanları İdarəsi vergi verib? Halbuki yüz milyonlarla manat vəsait orada dövr edir. Bu, İdarənin fəaliyyəti prokurorluq tərəfindən yoxlanmalıdır", - deyə ADP sədri bildirib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa S.Cəlaloğlunun fikirlərinin hüquqi cəhətdən doğru olduğunu söylədi: “Bu məsələnin hüquqi cəhətdən qoyuluşu doğrudur. Hər hansı bir Qafqaz ölkələrinin dini qaydalarına, onun formalarına qarışmaq ixtiyarımız yoxdur. Bu birmənalıdır. Amma bir şeyi unutmayaq ki, Qafqaz Müsəlmanları İdarəsi təkcə dini qurum kimi gündəmdə deyil, həm də siyasi qurum kimi nəzərdə tutulur. Bölgənin reallığından çıxış edərək Azərbaycanın digər Qafqaz ölkələri ilə əlaqələrinin kəsilməməsi baxımından ölkəmiz üçün vacib qurumdur. Hüquqi cəhətdən natamamlıq varsa, vergi ilə bağlı problemlər mövcuddursa, bunlar qanunauyğun şəkildə tənzimlənməlidir. Bu qurumun indiki şəkildə ləğv olunması bizim Qafqazla əlaqələrimizn ortadan qalxması anlamına gələ bilər. Burada olan dindarlar, icmalarla münasibətlərimizin kəsilməsi görüntüsü yaranar. Buna görə idarənin bu formada ləğvi məsələsinin indiki şəraitdə doğru olmadığı düşüncəsindəyəm. Amma qurumun fəaliyyətindəki nöqsanlarla bağlı konkret addımlar atılmalıdır. Bunlar da qanunvericiliyə mütləq uyğunlaşdırılmalıdır”.

Deputat QMİ və A.Paşazadə ətrafında gəzən söz-söhbətlərə də toxundu: “Son vaxtlar bu qurumla bağlı başladılan məsələlərə gəlincə, hesab edirəm ki, burada müəyyən şübhəli məqamlar var. Eyni vaxtda bir sıra hadisələrin baş verməsi Azərbaycanda problem yaratma istiqamətində çalışan qüvvələrin sistemli, düşünülmüş fəaliyyəti kimi baxılır. Açığı dini, nöqteyi-nəzərdən şeyxülislamlıq yaxud bu qurumun dini icmalara nəzarət etməsinin məqsədəuyğunluğu və başqa məsələlər üzərində dayanmaq istəmirəm. Bugünkü Azərbaycan reallığında ideal dini lider obrazı axtarmırıq. Biz dünyəvi dövlətik. Hər hansı bir dini liderin mənfi və ya müsbət xüsusiyyətlərinin olması müəyyən dərəcədə dindarları, dini icmaları maraqlandıran məsələdir. Allahşükür Paşazadə kimi bir obrazın olması ən azından bölgədə və dünyada müəyyən dini qurumların təmsilçilik prosesində bir söz sahibinin olması deməkdir. Ona görə də şeyxin Azərbaycan cəmiyyətində mötədil bir fiqur olması, barışdırıcı bir mövqe nümayiş etdirməsi müsbət haldır. Digər tərəfdən, dini fanatizmə də özünün xarakteri ilə rəvac verməyən bir fəaliyyət göstərir. Siz diqqət edirsinizsə, bütün çağırışları ölçülü-biçilidir. Məzhəblər arası fərqi qabartmadan müəyyən dərəcədə hər tərəfi nəzərə alan bir siyasət aparır. Bu da Azərbaycanın indiki maraqlarına uyğundur. Dini idealizm nöqteyi-nəzərindən hansısa bir keyfiyyətini tənqid etmək olar. Çıxışını, yanaşmasını, üslubunu belə tənqid etmək mümkündür. Amma bütövlükdə obraz olaraq rus, erməni, gürcü dinin liderlərlə birbaşa təmsilçilik imkanları varsa, biz bu imkandan imtina etməməliyik. Çünki hər hansı şəkildə burada bir boşluğun olması bizim beynəlxalq səviyyədə təmsilçilik imkanlarımızı məhdudlaşdırır. Orada biznes və başqa məsələlər ola bilər. Onsuz da Azərbaycanda bir çox vəzifəli şəxslər bizneslə məşğuldurlar. Qanunla müəyyən qadağalar olsa belə, bu heç kimə şamil olunmur. Çünki gəlir deklarasiyası məsələsi öz həllini tapmayıb. Tam hüquqi zəminə bu məsələni oturda bilməmişik. Bir şəxsi ittiham altında saxlamaq doğru olmazdı. Bu ümumi bir qanunun tətbiqi ilə bağlı məsələdir. Əgər hamıya şamil olunan bir məsələ yaranarsa, çox güman ki, məmurlar bu fəaliyyətdən uzaq durmağa çalışacaqlar. O zaman da sırf hüquqi dövlət modelinə keçmiş olacağıq. Bu baxımdan QMİ-nin ləğvini indiki şəraitdə doğru hesab etmirəm. Amma hüquqi cəhətdən Sərdar bəyin dedikləri doğrudur. Bunu biz də dəfələrlə vurğulamışıq. Başqa ölkələr bunu irad kimi bizə bildirə bilərlər. Amma faktiki olaraq, bu etirazla qarşılanmırsa, həmin ölkələr, orada olan müsəlmanlar tərəfindən Azərbaycanda oturan şeyxin avtoritetliyi tanınırsa, buna müsbət yanaşmalıyıq. Sözünü müəyyən qrup insan eşidirsə, bunun nəyi pisdir? Biz dövlət maraqları ilə məsələyə yanaşmalıyıq. Bu idarənin adının belə mövcud olması bizim üçün hər hansı bir mənfi çalarlar gətirmir”.

Dünən QMİ-nin məsələ ilə bağlı mövqeyini almağa çalışsaq da, mümkün olmadı. Məsul şəxslərdən kimsə telefonlarımıza cavab vermədi. 

(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam