Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hemodializ xəstələr etiraz edir:dərman qıtlığı var

Hemodializ xəstələr etiraz edir:

 

Şöbə müdiri isə deyilənləri təkzib edir:heç bir problem yoxdur

 

Yenixeber.org: Redaksiyamıza böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələrin qarşılaşdığı növbəti problemlə bağlı yeni məlumatlar daxil olub. Hələlik adının açıqlanmasını istəməyən mənbənin yenixeber.org-a verdiyi məlumata görə problem dərman çatışmazlığı ilə bağlıdır. 1 saylı Şəhər Klinik Xəstəxanasının Hemodializ Şöbəsində vaxtaşırı məlum hemodializ kursunu keçməli olan xəstələr dərman qıtlığı səbəbindən sözün əsl mənasında Allah ümidinə qalırlar. (Hemodializ — böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur.) Səbəbin isə istənilən halda qəbuledilməz olması bir yana, bu halda qeyri-ciddi görünür. Həkimlərin əsaslandırması isə vəsaitin yoxluğu və bu səbəbdən də hər gün Helekopterlə bir qutu dərmanın gətirilməsidir(?)

Məlumatla bağlı 1 saylı Şəhər Klinik Xəstəxanasının Hemodializ Şöbəsinin müdiri Mirhaşım Cəlalovla telefon əlaqəsi yaratdıq. Şöbə müdiri deyilənləri təkzib etdi: “Bizdə heç bir dərman qıtlığı yoxdur. Sadəcə olaraq, dərmanlar Labarator göstəricilərə görə təyin olunduğundan bəzi narazılıqlar olur. Yəni bütün xəstələrə bütün dərmanlar olmaz. Bu prosesə xəstənin Labarator göstəricilərinə uyğun olaraq fərdi yanaşılır. Bütün xəstələrin qan analizlərinin nəticəsi eyni olmur ki, bütün xəstələrə eyni dərmanlar da verilsin. Belə olduğundan da bəzi xəstələr bilməyərəkdən, əsassız olaraq narazılıq edirlər”.

İnformasiya şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam