Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şöbə müdiri: "Azərbaycanda orqan alqı-satqısına icazə verilməsi neqativ hallara səbəb ola bilər"

 

 "Son 10 il ərzində Azərbaycanda böyrək alqı-satqısı halı qeydə alınmayıb. İnsanlar bu barədə danışsa da, deyilənlərin heç bir əsası yoxdur"

 

Yenixeber.org: M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda böyrəklərin transplantasiyası üçün qohum olmayan şəxslərdən donor böyrəyinin götürülməsi halı olmayıb: "Heç bir tibbi mərkəzdə belə bir əməliyyat aparılmayıb. Əvvəllər Azərbaycan vətəndaşları başqa ölkələrdə - Pakistanda, İranda, Türkiyədə yazılı izahat verməklə öz böyrəklərini könüllü olaraq kiməsə vermək üçün əməliyyat olunurdular. Lakin son 10 ildə ölkədə ümumiyyətlə belə hal qeydə alınmayıb".

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun orqan transplantasiyası üçün orqanların alqı-satqısına qanuni şəkildə icazə verilməsi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirən F.Babayev deyib ki, belə olarsa bu sahədə müəyyən neqativ hallar baş verə bilər.

O qeyd edib ki, böyrək köçürülməsi ağır əməliyyatdır: "Burada düzgün böyrəyini seçilməsi vacibdir. Qanunvericiliyə əsasən, Azərbaycanda yalnız qohum və ailə üzvlərinin iştirakı ilə donorluq məsələsi həll oluna bilər. Lakin ailə üzvinin böyrəyinin də qohumu olan xəstəyə uyğunlaşmaması ehtimalı böyükdür. Müəyyən göstərişlər uyğun gəlmədiyi üçün xəstələrin əksəriyyətinə böyrək köçürmə əməliyyatı mümkün olmur. Əsasən cavan xəstələr və onlara qohum donor olan insanlara böyrək köçürmə əməliyyatları aparılır".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam