Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Azərbaycanda ilk dəfə çarpaz əməliyyat keçirildi

Azərbaycanda ilk dəfə çarpaz əməliyyat keçirildi

 

Azərbaycanda ilk dəfə Neftçilər Xəstəxanasında çarpaz əməliyyat icra olunub.

 

Yenixeber.org: Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bütün dünyada donor qıtlığının olduğu zamanda problemin həll yollarından biri də çarpaz orqan transplantasiyasına üz tutmaqdır. Çarpaz orqan transplantasiyası donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirməkdir. Çarpaz transplantasiya əsasən qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır.

 

Əməliyyatı icra edən xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri M.Kazımi çarpaz orqan transplantasiyasının dünyada da nadir tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya birinci xəstə böyrək çatmazlığı ilə müraciət edəndə ona böyrək köçürülməsinə ehtiyac olduğu bildirilib. Xəstənin donoru həyat yoldaşı olsa da onların qan qrupları uyğun olmadığı aşkarlanıb. Bu zaman onlara analoji problemlə üzləşmiş digər bir cütlüklə çarpaz transplantasiya, yəni, donorların dəyişdirilməsi yolu ilə əməliyyat məsləhət olunub. Hər iki ailələr görüşüb, tanış olub və çarpaz transplantasiyaya razılıq veriblər.

 

Daha sonra əməliyyat hazırlığına start verilib. Bir neçə gün hazırlıq işlərindən sonra əməliyyat icra olunub. Bir gündə 4 nəfər əməliyyat olunub. İki şəxsin həyatı xilas edilib, əvvəlki sağlamlığına qovuşub.

 

Donorlar artıq evə yazılıblar, səhhətlərində hər hansı bir problem yoxdur. Xəstələrin vəziyyəti stabildir və bu günlərdə evə buraxılacaqlar.

Bu gunə qədər Cərrahiyyə və Orqan transplantasiyası şöbəsində 500-ə yaxın xəstə üzərində orqan koçürülməsi icra edilib. Bunlardan 107 xəstəyə qaraciyər, 365 xəstəyə isə böyrək köçürülüb.

 

Xəstələrin bir qismi azyaşlılardır. Bundan əlavə isə bu günə kimi orqan köçürulən 9 qadın dünyaya sağlam övlad gətirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam