Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Rayonlu hara getsin, qızım?” –Aqil Abbas

Deputat Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadənin 1 iyul bakılılar günü kimi qeyd olunan tarixlə əlaqədar bakılılar və rayonlularla bağlı işlətdiyi ifadələr xeyli narazılıq doğurub.

Yenixeber.org:   Artıq bəstəkarın, məğzi "rüşvəti Bakıya rayonlular gətirib” olan cümlələri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. 

Millət vəkili Aqil Abbas da deputat həmkarının qızının açıqlamasına reaskiay evrib.

Millət vəkili Aqil Abbasın adalet.az saytında dərc olunmuş yazısını olduğu kimi təqdim edirik:

****

"Elə bil xüsusi bir institut işləyir, bəlkə də bir yox bir neçə. Bəlkə də «elə bil»siz doğrudan işləyir! Bu institut süpürülmüş yerdən dava kağızı axtarır, çox qəribədiki tapır da.

Və adamlar arasında süpürülmüş yerdən tapdığı dava kağızı ilə qırğın salır; ateistlərlə dindarlar. Elə soyuyan kimi türk-talış. Elə soyuyan kimi (davaları soyudan da əsasən ziyalılardı) sünni-şiə. Dalınca osmanlı-azərbaycanlı. Rus dilli-azərbaycan dilli… Bir sözlə, boş durmaq yoxdu, yola davam. Təzə mövzu tapmayanda yenidən köhnə palan içi tökürlər.

Son günlər də bakılı-rayonlu davası…

Bakı bütün azərbaycanlıların qibləsidi. Özü də təkcə şimali azərbaycanlıların yox, elə cənubi azərbaycanlıların da qibləsidi. Hamı üzünü bu qibləyə çevirir və bütün azərbaycanlılar da bu qiblədən yönəldilir. Kəbə bütün müsəlmanlar üçün nə qədər müqəddəsdirsə, Bakı da bütün azərbaycanlılar üçün müqəddəsdi.

Azərbaycanın bədbəxt şairi Məhəmməd Hadini yəqin ki bu gün elə təkcə ziyalılar tanıyır. Çoxları şeirlərindəki müəyyən misraları əzbər bilirlər, amma soruşsan kimindi, şairin adını tapa bilməzlər. Hamımızın bildiyi misra: «Yox millətimin imzası imzalar içində».

Məhəmməd Hadi birinci dünya savaşı zamanı diviziyaların birində mollalıq edirmiş. Ölən azərbaycanlıları da basdıranda üzünü Kəbəyə çevirmirmiş, Bakıya çevirirmiş və deyibmiş ki, bunların qibləsi Bakıdı. Yəni Bakı həm də şəhidlərimizin qibləsidi. Və Bakını qiblə kimi qoruyub saxlamaq üçün təkcə Qarabağ savaşında 20 min şəhid vermişik. Və o şəhidlər çiyin-çiyinə vuruşanda kimin haralı olduğunu bir-birindən soruşmazdılar.

Aprel döyüşlərində şabranlı Əbdülməcid Axundov yaralı-yaralı, sürünə-sürünə gedib yaralı əsgər dostuna sarmaşıb öldüyü kimi, şəhidlərimiz öləndə də sarmaşıb ölürdülər.

İndi bu nə mənasız və axmaq bir söhbətdi ki, bakılı-rayonlu söhbətini atırlar ortalığa. Xüsusilə sosial şəbəkələrdə vur çatlasındı. Heç gözləmədiyim halda görkəmli bir bəstəkarımız da bir açıqlama verib ki, kim Bakını sevmirsə, çıxsın-getsin.

Əvvəla, hara getsin, qızım? İkincisi, Bakını necə sevməmək olar, Bakı axı ürəyimizdi. Bakı Azərbaycanın mədəniyyət mərkəzidi, Bakı hamımız üçün dünyaya açılan bir pəncərədi. Yuxarıda qeyd etdiyimiz kimi, qibləmizdi.

1 iyul bakılılar günüydü. Çox gözəl, burda qeyri-adi heç nə yoxdu. Şəhər camaatı bu günü özüyçün bayram sayır. Yəni bunu qısqanmaq lazım deyil, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Mirzə Cəlilin sözləri ilə desək, artıq qanımız varsa, Qarabağ boyda Kərbəlamız var.

Baxıram, rayon camaatı da dava salır ki, bəs niyə rayonların günləri yoxdu.

Var, başınıza dönüm, var. Var, qurbanınız olum, var.

23 iyul Ağdam Günü, 1 aprel Kəlbəcər Günü, 9 may Şuşa Günü, 26 fevral Xocalı Günü, 20 noyabr Qarakənd Günü, 18 fevral Xankəndi Günü. Zəngilan Günü, Qubadlı Günü, Cəbrayıl Günü, Füzuli Günü, Laçın Günü, Ağdərə Günü… sayım, yoxsa bəsdi? Xocavənd Günü, Malıbəyli Günü, Ağdaban Günü, Kərkicahan Günü, Meşəli Günü, Qaradağlı Günü… Özü də ilin bütün fəsillərində və bütün aylarında. Di gedin, kef edin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam