Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Rusiya Bəşər Əsədin öldürülməsinin qarşısını ala bilməz” -Türk politoloq

 

Yenixeber.org:  Suriya lideri Bəşər Əsədin durumu hazırda sabitdir. O, Rusiya qoşunlarının iştirakı sayəsində hakimiyyət və rəsmi prezident statusunu  saxlamağa nail olub. Lakin məlum olduğu kimi, onun namizədliyi çağdaş dünyanın nüfuzlu xeyli adamını qane etmir. Əsəd rejimi Birləşmiş Ştatlar və ən yaxın müttəfiqləri tərəfindən kəskin tənqidə düçar olur. Ankara ABŞ başda olmaqla koalisiyaya qoşulsa da, bununla belə, müstəqil siyasət aparır və onun mövqeyini ayrıca nəzərdən keçirmək olar. Türkiyə rəhbərliyi bu yaxınlara qədər Əsəd məsələsində radikal möveyə malik idi. Rəcəb Tayib Ərdoğan dəfələrlə bildirib ki, Suriyanın fəaliyyətdəki prezidenti kənarlaşdırılmalıdır.

Son zamanlar durum bir qədər dəyişilib. Kürd məsələsi Türkiyəni çox narahat edir. Bu, gündəlikdə həmişə olub, lakin qonşu ölkədə münaqişənin inkişafı ilə yeni səviyyəyə çıxıb. Suriyada durum sabitləşənədək Ankara PKK ilə ləng partizan qarşıdurmasına cəlb olunmuşdusa, indi iki cəbhədə – PKK yaraqlıları və Türkiyə sərhədinin  lap yaxınlığında kürdlərin Suriyada fəaliyyət göstərən Xalq özünümüdafiə dəstələri ilə tamdəyərli müharibə aparmalı olur. Vəziyyət Vaşinqtonun Xalq özünümüdafiə dəstələri ilə əməkdaşlığı üzündən qəlizləşir. ABŞ onları müttəfiq kimi görür və dövri olaraq cürbəcür əməliyyatlara cəlb edir. Əməkdaşlığın zirvəsi bu birləşmələrə Amerika silahının verilməsi olub. Əlbəttə, bu, Ərdoğanda narazılıq doğurub. Türk lider keçən ayın ortalarında Donald Trampla görüşüb, lakin məlum olduğu kimi, kürdlərlə bağlı durumu tənzimləmək baş tutmayıb. Hər şeydən göründüyü kimi, Ağ Ev başçısı sadəcə öz həmkarının narazılıq  səbəbini anlamayıb. Bununla bağlı Türkiyədə Ankaranın Bəşər Əsədə başqa baxış hazırlamağı gərəkdiyi haqda düşüncə populyarlıq qazanır. Guya onunla təmas qurmaq və həm Suriya problemi, həm də kürd təhlükəsini birgə həllə cəhd etmək lazımdır. Suriya prezidentinin fiqurunun indi necə qavrandığı və Türkiyənin Suriyaya hansı baxışları olduğunu Türkiyə hərbi eksperti, jurnalist və yazıçı Əndər İrməkdən öyrənməyi qət etdik.

 

-Ərdoğanın Vaşinqton səfərindən sonra Türkiyə-ABŞ münasibətləri necə inkişaf edir?

-Bu səfər yeni heç nə gətirməyib. Bu, tərəfdaşların adi məsləhətləşməsiydi. ABŞ-da prezident dəyişilib. Ərdoğana onunla tanışlıq lazım idi. Əminəm ki, heç bir sirri müzakirə etməyiblər.

-Bəs PKK ilə sıx əlaqələri olan və müstəqil Kürdüstanın yaradılması uğrunda çıxış edən kürd silahlı dəstələri xüsusunda fikir ayrılığı necə?

-Məgər bu sensasiyadır? Heç nə başa düşməyənlər bu cür danışır. Mən jurnalistləri demirəm – bu onların işidir, amma siyasətçiləri və mütəxəssisləri götürsək, bütün bunlar onları təəccübləndirməməlidir. ABŞ və kürdlərin əməkdaşlığı haqda hamı çoxdan bilir. ABŞ PKK ilə heç vaxt işləməyib, amma başqa ölkələrdəki kürdlərlə əməkdaşlıq edir. Biz də kürdlərlə əməkdaşlıq edirik. Ərdoğan Bərzanilərlə ilə tez-tez görüşür (söhbət Nəçirvan Bərzanidən – İraq Kürdüstanı muxtariyyətinin hökumət başçısı və İraq Kürdüstanının prezidenti Məsud Bərzanidən gedir-tərc.). Türkiyə ordusu Peşmərgə (muxtariyyətin silahlı qüvvələri-tərc.) ilə əməkdaşlıq edir. İraq ərazisində birgə əməliyyatlar razılaşdırılır. Problem kürdlərdə deyil, milliyyət rol oynamır. Məsələ taktika və plandadır. Düşünmürəm ki, Ərdoğanın İraq kürdlərinə güclü rəğbəti var, sadəcə, anlayır ki, onlar bölgədə önəmli qüvvədir və müxtəlif proseslərə təsir edə bilirlər. Bundan savayı, onların PKK ilə hər halda əlaqələri olduğuna baxmayaraq onunla münaqişədədirlər. Və biz bunu da bilirik, lakin Ərdoğan İraq Kürdüstanını düşmən elan etməyib.

-Yəni Türkiyə rəhbərliyi Vaşinqtonun Xalq özünümüdafiə dəstələri ilə əməkdaşlığını məqbul sayır?

-Rəsmən xeyir. Onlar terrorçu kimi tanınıb, buna görə Ərdoğan Trampla görüşənədək bu qədər məsələ var idi. Amma bundan sonra daha sakit olub. Ərdoğan bildirib ki, onun sərt mövqeyi Trampa bəllidir. Düşmənlər bizə həmlə etsə, Türkiyənin özü onlara hücum edəcək. Bu – ədalətlidir və artığını söyləmək nəyə lazım? Biz, sadəcə, onlarla (kürd birləşmələri ilə-müəllif) müttəfiq olmayacağıq. Lakin İŞİD və başqa terrorçularla mübarizədə ABŞ-la sıx əməkdaşlığı davam etdirməliyik.

-Deməli, Türkiyənin Suriyaya nisbətdə planları heç cür dəyişilməyib?

-Kürəsəl baxımdan xeyr. Hansısa kiçik detallar dəyişilib, amma özül əvvəlki tək qalır. Biz NATO ilə işləyirik, lakin nəsə bizi təhdid edirsə, kiminsə göstərişini gözləməyəcəyik. Əvvəllər belə olub, indi də bu cürdür. Biz əməliyyat keçirərkən (söhbət “Fərat qalxanı” quru əməliyyatından gedir-müəllif) ABŞ kürdlərlə əməkdaşlıq edirdi. Yəni onların müttəfiqi idi. Bu, Türkiyə-ABŞ münasibətlərinə heç cür təsir etmədi. Müxtəlif siyasətçilərin bir-iki şərhi meydana çıxdı, amma nəticə bizə məlumdur – bütün növ terrorçular ərazidən qovulub. Və bunu gələcəkdə də etməyə heç nə mane ola bilməz.

-Bəs Türkiyə hökuməti tərəfəindən Bəşər Əsədə qarşı hansısa münasibət dəyişilibmi?

-Yəqin ki, daha pis olub. Avropada müxtəlif sözlər danışırlar. Əvvəlcə onu devirmək istəyirlər, sonra bu onlara gərəksiz olur. ABŞ-da da bu cür danışırlar. Lakin Türkiyədə həmişə bir baxış nöqtəsi olub – Əsəd Suriya prezidenti olmamalıdır. Türkiyə Suriyada vətəndaş müharibəsinin lap əvvəlindən bunu deyib. Əsəd öz xalqı ilə dedikcə pis davranıb, buna görə də onun gerçək hakimiyyəti artıq yoxdur. Mən əminəm ki, onun gələcəyi həll olunub.

-Necədir bu gələcək?

-O daha heç vaxt Suriya prezidenti olmayacaq. O, artıq prezident deyil. Onu bu cür adlandırmağı hələ də davam etdirmək olar, amma bu formallıqdır.

-Bəs məgər o, son illərdə öz mövqeyini möhkəmlətməyə nail olmayıb?

-Yalnz Rusiyanın hesabına. Rusiya ordusu terrorçulardan çox effektli şəkildə yaxasını qurtarır, lakin Əsəd uğrunda niyə vuruşduğunu tam anlamıram.

-O bu ölkənin prezidentidir. Onu kənarlaşdırmaq istəyirlərsə, gələcəkdə beynəlxalq müşahidəçilərin nəzarəti altında prezident seçkiləri təşkil etmək xeyli humanistcəsinə olardı.

-Bu, mümkünsüzdür. O özünü prezident sayana qədər münaqişə bitməyəcək. Buna görə də heç bir seçki olmayacaq. Əvvəlcə onun getməyi gərəkdir. Bundan sonra terrorçulardan can qurtarmağımız asan olacaq.

-Hiss olunmur ki, o getməyə hazırlaşır.

-Düşünürəm ki, bu onun aradan qaldırılmasına səbəb ola bilər. Bu cür hadisələr bizə bəllidir. Özü də Rusiya da bunun qabağını ala bilməz.

 Zaur Qarayev

Svobodnaya pressa (Rusiya), 14.06.2017


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam