Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tələbələr diaspor üzvləri ilə görüşdü -Bakı Slavyan Universitetində (FOTOLAR)

       Tələbələr diaspor üzvləri ilə görüşdü -

 
 
 

          Bakı Slavyan Universitetində (BSU) Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.
          Yenixeber.org:   Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin BSU-da keçirilməsindən məmnunluğunu ifadə edib.
O, DJB-nin “Ali məktəblərdə diaspor dərsləri” layihəsini yüksək qiymətləndirərək bu tədbirlərin gənclərimizin diaspor fəaliyyəti və onun nümayəndələri ilə tanışlığında mühüm rol oynayacağını bildirib. X.Sultanova diaspor fəaliyyətinin xaricdə yaşayan azərbaycanlıların milli ideyalar ətrafında birləşməsində əhəmiyyətini xüsusi qeyd edib. O, diaspor təşkilatlarının və jurnalistlərin birgə fəaliyyətlərinin müvafiq sahədə mühüm nəticələr verəcəyinə əminliyini vurğulayıb. Prorektor b qəbildən olan tədbirlərin müntəzəm və sistemli keçirilməsinin, belə dərslərin tədris planına salınmasının zəruriliyini də diqqətə çatdırıb.

          Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.

Tələbələr diaspor üzvləri ilə görüşdü -          

  Daha sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd, Prezident yanında İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları maraqla dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər.
Tələbələr diaspor üzvləri ilə görüşdü -       

Qeyd edək ki, Nyu-York Azərbaycan Evinin və Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova da BSU-nun məzunu olaraq “Skype” vasitəsilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.

                                                                              

BSU-nun Mətbuat Xidməti 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam