Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakı Slavyan Universitetində növbəti debat keçirildi -AVCİYA-nın layihəsi çərçivəsində (FOTOLAR)

Bakı Slavyan Universitetində növbəti debat keçirildi -

 

          Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu artır

  

         Yenixeber.org:  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihə həyata keçirir. Bütövlükdə 2017-ci ili əhatə edən layihə çərçivəsində il ərzində 4 debatın keçirilməsi nəzərdə tutulub və  artıq onlardan üçü təşkil edilib. Aprelin 25-də isə növbəti debat Bakı Slavyan Universitetində (BSU) baş tutub.

         BSU-nun konfrans zalında keçirilən debatda layihənin koordinatoru İradə Yaqubova layihə barədə məlumat verib. O, layihənin tələbələr üçün mühüm rola malik olduğunu və onların cəmiyyətdə fəal mövqe tutmalarına hesablandığını bildirib.

         Moderator Orxan Cabbarov layihə çərçivəsində keçirilən bu dəfəki debatın mövzusunun “İnformasiya müharibəsini necə udmalı?” olduğunu bildirib. Tələbələr informasiya müharibəsində Azərbaycanın mövqeyinin qorunması, təşkilatlanma və hədəflərin nədən ibarət olması ilə bağlı fikir mübadiləsi aparıblar. Debat iştirakçıları mövzunu fərd və cəmiyyət müstəvisində şərh etməyə çalışıblar.                  

Bakı Slavyan Universitetində növbəti debat keçirildi -        

BSU-nun Magistrantlar Şurasının sədri, II kurs magistrantı Rüfət Haşımov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında indiyədək çox işlər görülüb, lakin bunlar kifayət etmir. O, konkret faktların təqdimatı ilə ermənilərin infromasiya həmləsinin qarşısını almağın mümkünlüyünü diqqətə çatdırıb.

          Sonda debat iştirakçılarının mövzuya münasibəti ekspertlər- BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova, BSU-nun Diplomatiya və xarici siyasəsət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi kafedrasının müdiri Hacı Rauf, Elektron idarəetmə resursları şöbəsinin müdiri Nurlan Məmmədov, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov, İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov tərəfindən qiymətləndirilib.

 

 

BSU-nun Mətbuat xidməti

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam