Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan diaspor rəhbərinə zorakılıq edən polis əməkdaşlarına cinayət işi açıldı– FOTO

Azərbaycan diaspor rəhbərinə zorakılıq edən polis əməkdaşlarına cinayət işi açıldı

 

Rusiyanın Kazan şəhərində Azərbaycan diaspor rəhbəri Sərraf Kərimova zorakılıq edən mülki geyimli polis əməkdaşlarına qarşı cinayət işi başlanılıb

 

Yenixeber.org: Birləşmiş Dünya Azərbaycanlıları Birliyinin Tatarıstan Respublikası üzrə rəhbəri olan S. Kərimov APA-ya bildirib ki, cinayət işi Rusiya Federal İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə idarəsi tərəfindən açılıb.

Səlahiyyətlərindən sui-istifadə edərək zorakılıq əməli törədilməsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq davam edir. S. Kərimov qeyd edib ki, ona qarşı zorakılıq edən polis əməkdaşları iş üzrə dindirilir, hələlik saxlanılan yoxdur: “Hansısa insidenti səbəb göstərib mənə qarşı, sonra da şəhərdə yaşayan azərbaycanlılara qarşı təhdidlər, zorakılıqlar oldu. Burada ancaq öz gücümüzə haqqımızı bərpa edə bildik. İddiam üzrə şikayət təmin olunub və iş başlanıb. Nəticəsini gözləyirik”.

Qeyd edək ki, noyabrın 18-də Kazan şəhərinin Novo-Savinovskiy rayonunda mülki geyimli şəxslər S. Kərimovu zorla avtomobilindən düşürüblər, ona xəsarət yetiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam