Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Kim ki, test üsulunun ləğvinə çalışır, o, bu millətin düşmənidir" -Milllət vəkili

 

“Testin ləğvinə çalışan insanlara müraciət edirəm: Bu çirkli yoldan əl çəkin!” 

Yenixeber.org:   Uzun illərdir ki, Azərbaycan təhsil sistemində test üsulu tətbiq olunur. Bu illər ərzində neçə-neçə imkansız ailələrin övladları məhz test üsulu sayəsində ali məktəblərdə təhsil almaq şansı qazanıb. Bunun da səbəbi odur ki, ali məktəbələrə test vasitəsilə qəbulda şəffaflığı qorumaq mümkün olur.

 

Lakin son vaxtlar test üsulunun gərəksizliyindən danışanların sayı çoxalmağa başlayıb... Bu sırada rəsmi şəxslər də az deyil. Belə məlumatlar da var ki, köhnə qəbul imyahanlarının ləğvi nəticəsində "yağlı tikədən" məhrum olan rüşvətxorlar test üsulunun ləğvi istiqamətində dəridən-qabıqdan çıxırlar. Bu "canfəşanlıq" pərdəarxasında getdiyindən, ictimayyət onu görə bilmir.
 

Doğrudanmı, yaxın gələcəkdə test üsulu ləğv oluna bilər?!

Ümumiyyətlə, test üsulunun ləğv olunmasında maraqlı qüvvələrin qalib gələcəyi nə qədər mümkündür?

Milli Məclisin deputatı, ilk dəfə test üsulunun Azərbaycanda tətbiq olunması prosesində iştirak edən Vahid Əhmədov Modern.az-a açıqlamasında test üsulunun ləğv olunması ilə bağlı maraqlı açıqlamalar verib. O bildirib ki, test sistemi ləğv oluna bilməz.

 

“İlk dəfə 1992-93-cü illərdə Azərbaycanda test sistemi tətbiq olunub. Həmin vaxtlarda  baş nazirin müavini vəzifəsində çalışırdım. Testin üsulunun tətbiqi də həmin vaxtlara təsadüf edir. Daha doğrusu, bu sistemi biz yaratdıq.

 

Test üsulunun tətbiqi ilə əlaqədar Türkiyə dövləti ilə sıx əlaqələr qurduq. Türkiyə mütəxəssisləri Azərbaycana gəlməklə yanaşı, Azərbaycan mütəxəssisləri də Türkiyəyə gedirdi. Nəhayət, testin Azərbaycanda tətbiqinə nail olduq. Test üsulu ilə bağlı qəti fikrim budur ki, bu sistemə dəymək lazım deyil.

 

Sadəcə, üzərində modernləşmə prosesi aparılmaqla yanaşı, müasir texnologiya sistemindən istifadə etməklə müəyyən işlər görülə  bilər.

 

Bütün bunlara baxmayaraq, test üsulu Azərbaycan təhsil sistemində qalmalıdır. Çünki çoxumuz sovet sistemindən çıxmış insanlarıq. Həmin dövrdə imtahanların necə aparılmasını, korrupsiyanın, rüşvətxorluğun hansı səviyyədə olmasını çox yaxşı bilirik. O dövrdə universitetlərə qəbul prosesi faktiki olaraq, tapşırıqla, maddi vəsait ödənməklə həyata keçirilirdi. Bu gün isə reallıq başqa formada cərəyan edir. Ən ucqar bölgənin şagirdi test üsulundan keçməklə, ən yüksək ali məktəbi qazanmaq gücünə malik olduğunu göstərir”.

 

Deputatın sözlərinə görə, test üsulunun ləğv olunmasında maraqlı qüvvələrin olması mütləqdir.

 

“Bu gün test üsulunun lazım olduğu, yaxud da lazım olmadığı barədə müəyyən fikirlər səsləndirilir. Hətta, “Təhsil haqqında qanun” qəbul olunanda da bu məsələ ortaya çıxdı. Onu da deyim ki, test üsulunun ləğv edilməsinə çalışan müəyyən qüvvələr var. Uzun müddətdir ki, test sisteminə Məleykə Abbaszadə rəhbərlik edir. Çox savadlı  insan olmaqla yanaşı, yüksək ixtisaslı kadrdır. Hesab edirəm ki, test üsulunu daha da təkmilləşdirmə prosesini həyata keçirir. Dövlət İmtahan Mərkəzinin də fəaliyyətində ciddi problem görmürəm.

 

Kim ki, test üsulunun ləğvinə çalışır, o, bu millətin düşmənidir. Azərbaycan millətinin daha savadlı və inkişaf etmiş olmasını istəmir. Hesab edirəm ki, test üsulunun ləğvindən söhbət gedə bilməz. Buna imkan vermək də lazım deyil. Çalışacağam ki, testin ləğvi həyata keçirilməsin.

 

Əldə etdiyim məlumata görə, dövlət başçısı və hökumətdə təmsil olunan rəhbər şəxslər də test üsulunun ləğvinin əleyhinədirlər. Test sistemi müasir tələblərə cavab verən texnologiyadır ki, Azərbaycanda tətbiq olunur. Test üsulunun ləğvinə çalışan insanlara bir daha müraciət edirəm ki, çirkli yoldan əl çəksinlər. Bu, gərəkli iş deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam