Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ukraynadan Rusiyaya qadağa:Avroviziya təmsilçisi “Eurovision”a buraxılmayacaq

yuli-rus-mugenn

Bu il Ukraynada keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənni Yulii Samoylovoy buraxılmayacaq.

Yenixeber.org:  TASS agentliyinin verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib ki,  Ukrayna Təhlükəsizlik Xidməti Y. Samoylovoyun Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.

Sənəd 3 il ərzində Y. Samoylovoyun Ukrayna ərazisinə daxil olmasına qadağanı nəzərdə tutur. Buna səbəb müğənninin 2015-ci ildə Krımda konsertdə iştirak etməsidir.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən Krıma səfər etmək istəyən xaricilər bunun üçün rəsmi Kiyevdən xüsusi icazə almalıdır.

Xatırladaq ki, bundan əvvəl mediada Ukrayna Təhlükəsizlik Xidmətinin belə bir sənəd hazırladığı barədə məlumat yayılıb. Martın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, təşkilatçılar Rusiyanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisinin əvəzlənməsini nəzərdə tutmayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam