Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Tramp administrasiyasının mövqeyi Türkiyəni narahat edir" -Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətindədir.

Xeberinfo.com:   Məlumata görə, R. T. Ərdoğan bunu bu gün Tanzaniya, Mozambik və Madaqaskara səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə Yaxın Şərqində dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edir və regionun xəritəsini dəyişmək yönündə səyləri dəstəkləmir: “Sözsüz ki, mən Donald Trampla görüşdə bu məsələni müzakirə etmək istəyirəm. Türkiyəni Yaxın Şərqdəki vəziyyət, o cümlədən Tramp administrasiyasının regionla bağlı mövqeyi maraqlandırır. Bu gün region alov içərisindədir. Trampın Yaxın Şərqlə bağlı mövqeyi necə olacaq? Hazırda bəzi Yaxın Şərqlə bağlı bəzi fikirləri bizə çatır, doğrusu, bu fikirlər narahatlıq doğurur. Bütün bu məsələlər müzakirə edilməlidir. Türkiyə Yaxın Şərqin ən güclü ölkəsidir, regiondakı proseslərin dinamikasına təsir göstərir. Əgər regionla əlaqəsi olmayan hər hansı ölkə regionun xüsusiyyətlərini, ədaləti nəzərə almayaraq qərar qəbul edirsə, bunun ümumilikdə dünya üçün neqativ təsirləri olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam