Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Ərdoğan İrana səfərlə bu ölkələrə “hərbi mesaj” verdi– Şərh

 

 

Ərdoğanın İrana səfəri Yaxın Şərqdə müəyyən layihələr gerçəkləşdirmək istəyən ölkələrə bir mesaj kimi qəbul olunmalıdır

 

Yenixeber.org: Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət region dövlətlərinin öz təhlükəsizliklərini təmin etmələrini zəruri edir:

“Bəzi məsələrlə bağlı region ölkələri, o cümlədən, Türkiyə və İran arasında ziddiyyətlər ortadadır. Ancaq indiki şəraitdə bu dövlətlərin məhz separatçılıqla bağlı Kürd Muxtariyyəti məsələsində vahid mövqedən çıxış etmələrinə ehtiyac yaranıb. Bu aspektdən üç ölkənin İraqın ərazi bütövlüyü ilə bağlı nümayiş etdirdiyi mövqe, ilk növbədə, onların öz maraqlarına xidmət edir. Bu, dövlətlərin ərazi bütövlüyünə təhdid yarada biləcək faktorların aradan qaldırılması anlamına gəlir. Digər tərəfdən də bu, Yaxın Şərqdə layihələr gerçəkləşdirmək istəyən ölkələrə bir mesaj kimi qəbul olunmalıdır. Yəni region dövlətləri artıq öz maraqlarını qorumaq məcburiyyətində qalacaq və xarici müdaxilələrə vahid mövqe nümayiş etdirəcəklər”.

Politoloqun sözlərinə görə, hazırda yaranmış vəziyyət Türkiyə, İran və İraqı və addımı atmağa vadar edir:

“İndi bu prosesə qədər buraxılmış səhvlərdən və yaxud da hadisələrə zamanında çevik reaksiya verilməməsindən danışmayacağıq. Təbii ki, bu, hər kəsin gözü qarşısında olub. Kürdüstanın müstəqilliyini elan edəcəyi halda Türkiyə, İran və İraqın birgə hərbi əməliyyat keçirə biləcəyi ilə bağlı qərarın qəbul edilməsi, əslində, gözlənilən idi. Çünki hər üç ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı olan məsələ bunu tələb edir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İrana səfər edib. Prezidentlərin ikitərəfli görüşündə İraq Kürd Muxtariyyətində müstəqillik elan ediləcəyi halda Türkiyə, İran və İraqın birgə hərbi əməliyyat keçirə biləcəyi vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam