Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Netanyahu BMT-də İsrail əleyhinə səs verən ölkələrin səfirlərini topladı -"Qətnamə qalmaqalı"

İsrailin baş naziri Binyamin Netanyahunun göstərişi ilə BMT Təhlükəsizlik Şurasında yəhudi dövlətindən Fələstin torpaqlarında məskənsalma siyasətinə dərhal son qoymağı tələb edən qətnamənin lehinə səs verən ölkələrin səfirləri iclasa çağırılıb.

Xeberinfo.com:   Bu barədə İsrailin hökumət rəhbərinin dəftərxanası məlumat yayıb.

"Söhbət İsrail ilə diplomatik əlaqələri olan üç dövlətdən gedir", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası dünən İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edib.

Sənəddə o da qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalı, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

Onu da xatırladaq ki, İsrail qətnaməni icra etməyəcəyini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam