Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycan Premyer Liqasında XII tura yekun vuruldu

Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub

 

 

Günün və turun son oyununda "İnter" və AZAL komandaları qarşılaşıb.
Xeberinfo.com:  "Bankirlər" matça ciddi itkilərlə - Nizami Hacıyev, Rauf Əliyev, Ağabala Ramazanov, Zurab Xizanişvilisiz çıxsalar da, bu, onların asan qələbə qazanmasına mane olmayıb və AZAL meydanı böyükhesablı məğlubiyyətlə tərk edib. Komanda, üstəlik oyunda qırmızı vərəqə alan legioner Brayn Foku itirib. "İnter" isə şərikli lider olan "Qəbələ" və "Qarabağ" klubları ilə 5 xallıq fərqini qoruyub saxlayıb.
Turun digər görüşündə "Sumqayıt" doğma azarkeşlər önündə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Samir Abbasosvun komandası rəqibini ilk dövrədə olduğu 2 qol vuraraq məğlub edib. Özü də bu dəfə fərqlənənlər "Neftçi"nin yetirmələri - Amit Quluzadə ilə Mirabdulla Abbasov olub.
Bununla da XII tur meydan sahiblərinin qələbəsi ilə yadda qalıb. Dünən "Qəbələ" evdə "Zirə"ni, "Qarabağ" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Göründüyü kimi, qonaqlar bu tur qol da vura bilməyiblər.
Azərbaycan Premyer Liqası, XII tur
20 noyabr
14:00. "Sumqayıt" - "Neftçi" - 2:0
Qollar: Amit Quluzadə, 3, Mirabdulla Abbasov, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. "Kapital Bank Arena"
16:00. "İnter" - AZAL - 3:0
Qollar: Ruslan Abışov 23-pen, İlkin Qırtımov, 56, Slavik Alxasov, 65
Qırmızı vərəqə: Brayn Fok, 69 (ikinci sarı)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "İnter Arena"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam