Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün Premyer Liqada XV turun daha iki görüşü keçiriləcək

 

 

Yenixeber.org: Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki görüşü keçiriləcək.

Məlumata görə, günün ilk matçında "Keşlə” doğma meydanda "Neftçi” ilə üz-üzə gələcək.

İki komanda arasında indiyədək 54 oyun keçirilib. 13 oyunda "Keşlə”, 27 matçda "Neftçi” qələbəyə sevinib. 14 görüş isə heç-heçə yekunlaşıb. Meydan sahibləri rəqibinə qarşı keçirdiyi son 6 oyunda uduzub. "Neftçi” bu 6 oyunun hamısında ən azı 2 top vurmağı bacarıb. Flaqman həmçinin "Keşlə” ilə görüşlərdə 10 oyundur meydanı qolsuz tərk etmir.

Hazırda "Keşlə" 21 xalla 7-ci, "Neftçi" 37 xalla 4-cü pillədədir.

Günün digər qarşılaşması isə Qəbələdə baş tutacaq. "Qəbələ” turnir cədvəlinin autsayderi "Kəpəz”i sınağa çəkəcək. Bu qarşılaşma iki komanda arasında yubiley oyunu olacaq. Əyalət təmsilçiləri bu vaxta qədər 19 dəfə qarşılaşıblar. Bu görüşlərdə qapılara 39 qol vurulub. "Qəbələ” 8, "Kəpəz” isə 6 dəfə meydanı 3 xalla tərk edib. 5 matç bərabərliklə başa çatıb. Bu komandalar arasında keçirilən son 3 qarşılaşmada meydan sahibi olan komanda xal qazana bilməyib.

Hazırda 13 xala malik "Kəpəz" uduzsa, Premyer Liqada qalma şanslarını çətinləşdirəcək. 42 xalı olan "Qəbələ" isə 2-ci pillədə qalmaq üçün uduzmamalıdır.

Qeyd edək ki, turun ilk matçında "Qarabağ” səfərdə "Zirə”ni 2:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək "Sumqayıt” – Səbail” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXV tur

28 aprel (şənbə)

18:00. "Qəbələ” – "Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

16:00. "Keşlə” – "Neftçi”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Füzuli Nəcəfov

"İnter Arena”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam