Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

"Qəbələ" "Sumqayıt"ı məğlub etdi

 

 

Oktyabrın 14-də futbol üzrə Topaz Premyer Liqasının VIII turu çərçivəsində günün ikinci oyununda “Sumqayıt” komandası “Qəbələ” klubu ilə qarşılaşıb

 

Yenixeber.org: Sumqayıtda “Kapital Bank Arena”da keçirilən görüşün ilk hissəsində “Qəbələ” komandası hesabı açıb. Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun 29-cu dəqiqəsində Famussa Kone topu qapıdan keçirib.

Qarşılaşmanın ikinci hissəsində Sumqayıt şəhər təmsilçisinin təhlükəli hücumlarına baxmayaraq, oyunda hesabı bərabərləşdirmək mümkün olmayıb.

Beləliklə, görüş “Qəbələ”nin 1:0 hesablı qalibiyyəti ilə başa çatıb və komanda aktivindəki xallarının sayını 16-ya çatdırıb.

Xatırladaq ki, günün ilk oyununda “Zirə” komandası doğma meydanda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.

Turun sonuncu matçı oktyabrın 15-də “Səbail” və “Neftçi” komandaları arasında olacaq.

 

Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” liderlik edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü, “Sumqayıt” 10 xalla dördüncü, “İnter” 8 xalla beşinci pillədədir. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq, “Səbail” (6 xal), “Neftçi” (4 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam