Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İŞİD-in mövqelərinə növbəti zərbələr endirildi

Türkiyə artilleriyası və Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə növbəti zərbələr endirib.

 Xeberinfo.com:  Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Məlumata görə, Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edilərək “Fırtına” qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib.

Bundan başqa, Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 təyyarələri İŞİD-in Əl-Rai, İhtimalat, Əl-Əthaniyəh rayonlarındakı (Suriyanın şimal hissəsi) mövqelərinə zərbələr endiriblər. Əməliyyat nəticəsində çoxlu sayda terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyənin Kilis şəhəri bu gün İŞİD-in Suriyadakı mövqelərindən atəşə tutulub. Nəticədə beşi uşaq olmaqla altı nəfər yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam