Redaktor seçimi
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Gömrük Komitəsi belə ləğv olunur:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Günün xəbəri

“Odlar Yurdu”nda qanun pozuntuları aşkarlandı

134f74a5-6759-4004-9c6d-9a44dc4b3549_292

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.
Xeberinfo.com:   Palataya istinadən  xəbərə görə, MBNP özünün mandatı çərçivəsində “Odlar Yurdu Sığorta Brokeri” MMC tərəfindən sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyənləşdirilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirib.

Yoxlama nəticəsində sözügedən cəmiyyətdə müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən, istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmamasıvə digər nöqsanlara yol verilməsi faktları aşkar edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə MBNP tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq tələblər formalaşdırılıb və “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə təqdim edilib.
Bundan əlavə, MBNP digər sığorta vasitəçiləri tərəfindən qanunvericilik tələblərinə riayət edilməsi istiqamətində həyata keçirdiyi monitorinqləri davam etdirir. Monitorinqlərin nəticəsi olaraq 100-ə yaxın fiziki şəxs sığorta agentlərinə təqdimatlar verilib və onlar tərəfindən qanunvericilik tələblərinin təkrarən pozulması halları aşkar edildikdə, sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv olunacağına dair xəbərdarlıq ediib.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr